![]() |
|
Sentyabrın 27-də Ermənistan təxribatına cavab olaraq Azərbaycan ordusu uğurlu əks-hücum əməliyyatına başlayıb.
Trend xəbər verir ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları, işğal olunmuş ərazilərimizin azad olunması Ermənistan Baş nazirini çıxılmaz vəziyyətə salıb. Paşinyan gün ərzində bir neçə dəfə müxtəlif dünya liderlərinə zəng edərək kömək istəyir.
Ermənistan baş naziri Nikol Paşinyanın döyüşlər başlayandan bu günə qədər zəng edib kömək istədiyi rəsmi şəxsləri təqdim edirik. Nəzərinizə çatdıraq ki, bu siyahıda qeydə alınmış zənglər göstərilib, qeydə alınmayan zənglərin sayı isə daha çoxdur.
Rusiya prezidenti Vladimir Putin - 5 dəfə
Fransa prezidenti Emmanuel Makron - 4 dəfə
Almaniya kansleri Angela Merkel - 3 dəfə
BMT-nin baş katibi Antonio Quterreş - 1 dəfə
İran prezidenti Həsən Ruhani - 1 dəfə
Avropa Birliyinin sədri Şarls Mişel - 1 dəfə
Belarus prezidenti Aleksandr Lukaşenko - 1 dəfə
ABŞ prezidentinin müşaviri Robert O'Brayen - 1 dəfə
Avstriya baş naziri Sebastian Kurz - 1 dəfə
Hollandiya baş naziri Mark Rutte - 1 dəfə
Kanada baş naziri Castin Trüdo - 1 dəfə
Kimi indiyədək bir ümidlə saxladığı açarını çıxarır, kimi başqa əşyalarını…
Belə ümid dolu paylaşımlardan biri də Rəşad Əlizadənin babasından yadigar qalan maşınla bağlı olub.
Oxu.az xəbər verir ki, o, xatirəsi ilə bağlı “Facebook” səhifəsində paylaşım edib.
R.Əlizadənin sözlərinə görə, Kəlbəcərdən qaçqın düşəndə QAZ-69 markalı maşınla çıxıblar:
“Mən və ailəm Kəlbəcərdən bu QAZ-69-la köçkün düşmüşük. Maşın 1961-ci il istehsalıdır. 1993-cu ildən bu günə kimi bir dəfə də olsun mühərriki işə salınmayıb. Açığı, o halda da deyil artıq…
İki il bundan qabaq maşını təmir etdirib, ayağa qaldırmaq istədim, amma heç özümə belə bəlli olmayan səbəblərdən qaldı”.
“27 ildir evin küncünə sıxılıb qalmış uşaqlıq xatirələrim olan bu dördqapılı QAZ-69-u Kəlbəcərə getmək üçün təmirə aparıram.
Mən ömrümün beş ilini Kəlbəcər kimi cənnətdə yaşamışam və o beş ilin davamını yaşamağa bu maşınla gedəcəm”, - deyə o vurğulayıb.
Qeyd edək ki, maşının indiyədək yürüşü cəmi 67 min kilometrdir.
Bu, 18 oktyabr – Azərbaycanın Müstəqilliyi Günü münasibətilə təşkil edilib.
Niaqara şəlaləsinin Azərbaycan bayrağının göy, qırmızı və yaşıl rənglərinə boyanması Amerika Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin səyləri nəticəsində reallaşıb.
Oxu.az xəbər verir ki, Füzuli sakinləri Horadiz qəsəbəsinin mərkəzinə axışaraq, Füzuli şəhərinin işğaldan azad olunması münasibətilə bayram ab-havası yaradıblar.
Bununla yanaşı, Füzuli Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyi tərəfindən aksiya keçirilib.
Aksiya çərçivəsində Müdafiə Nazirliyinə məxsus zirehli maşınlarda olan səsgücləndiricilər vasitəsilə Füzulinin və daha bir neçə kəndin düşməndən azad olunması xəbəri əhaliyə çatdırılıb.
v
v
Oxu.az xəbər verir ki, sakinlər tezliklə Azərbaycanın bütün işğalda olan rayonlarının azad olunacağına inandıqlarını bildiriblər.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, İlin әvvәlindәn ölkә әhalisinin sayı 40971 nәfәr vә ya 0,4% artaraq bu il sentyabrın 1-nә 10 108 079 nәfәrә çatıb.
Әhalinin sayının 52,8%-ni şәhәr, 47,2%-ni kәnd sakinlәri, 49,9%-ni kişilәr, 50,1%-ni isә qadınlar tәşkil edir. Әhalinin bir kvadrat kilometrә düşәn sayı 117 nәfәr
olub.
İşğaldan azad olunan Cəbrayıl şəhərinin görüntüsü yayılıb.
Yol-xeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, şəhərin görüntüsü yayılıb.
Azərbaycan Müdafiə Nazirliyinin "facebook" səhifəsi xəbər verir ki, o, silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni, 1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.
Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!
Oxu.az xəbər verir ki, Azərbaycan xalqı öz şanlı ordusuna mütəmadi olaraq dəstəyini ifadə edir.
Şübhəsizdir ki, bu günlərdə düşmənlə üzbəüz, səngərdə mübarizə aparan, mənfur düşməni ata-baba yurdlarımızdan çıxmağa məcbur edən, düşmənə sarsıdıcı zərbə endirən hərbçilərimizlə yanaşı, onların həyatları üçün mübarizə aparan həkimlərimizin fəaliyyəti misilsizdir.
Sosial şəbəkələrdə fədakar həkimlərin fəaliyyəti ilə bağlı foto yayılıb.
Fotoda hərbi hospitalın otağında yaralı hərbçilərə yardım göstərən, gecəsini gündüzünə qatan, işləməkdən yorulmuş, ancaq yenə də evlərinə getməyən, əsgərlərimizə keşik çəkən həkimlərimiz əks olunub.
Foto qısa zamanda geniş yayılıb və böyük rəğbət görüb:
Xəbər verdiyimiz kimi, Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir çox kəndlərini işğaldan azad edib.
Baku.ws xəbər verir ki, Türkiyənin "TV100" kanalı Cəbrayılın mərkəzindən görüntüləri çəkə bilib.
Çəkiliş qrupu Azərbaycan ordusunun işğaldan azad etdiyi torpaqlardakı erməni postlarını və viran qalmış kəndlərimizi lentə alıb.
Döyüşlərin getdiyi qaynar nöqtələrdən xəbər verən jurnalist Azərbaycan əsgərləri ilə də söhbət edib.
Orduda döyüş ruhunun çox yüksək olduğu qeyd edilir.