![]() |
|
"MediaPost” xəbər verir ki, bu dəfə əmlak alqı-satqısı ilə məşğul olan saytlardan birində yerləşdirilən elan böyük marağa səbəb olub.
Belə ki, elanda birbaşa dənizə çıxışı olan villa satışa çıxarılıb.
Şüvalan qəsəbəsində yerləşən villa fantastik qiymətə - 13 milyon manata təqdim olunub. Elandakı məlumata görə, sözügedən villa qayanın üstündə yerləşir və birbaşa dənizə çıxışı var.
Eyni zamanda 1 hektar torpaq sahəsi olan villanın içərisində hovuz, idman zalı, kinoteatr, stadion, qonaq evi, mühafizəçi evi, yaşayış evi mövcuddur. Villanın fantastik qiymətə satışa çıxarılması insanlar tərəfindən böyük maraqla qarşılanıb.
Bəzi sosial şəbəkə istifadəçiləri villanı otellə müqayisə ediblər, digərləri isə indiyədək Bakıda belə ev görmədiklərini bildiriblər.
Baku TV xəbər verir ki, xatirələrdən ibarət kitabın ilk nəşri 2000 tirajla çap olunacaq və sıravi oxuculara və bir çox dövlət qurumlarına pulsuz paylanacaq.
Kitabı ərsəyə gətirən “Hədəf” nəşrlərinin direktoru Səbuhi Şahmursoy xatirələri qələmə alarkən heç kimdən mənfi bir rəy eşitmədiyini bildirib:
“Kitab artıq hazırlanıb və çapa verilib. Gələn həftənin ilk günlərindən kitabın ödənişsiz şəkildə paylanılması nəzərdə tutulur”.
Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarını Qarabağ müharibəsinin mülki əhaliyə vurduğu ziyanla bağlı daha müfəssəl məlumatlandırmaq üçün “Qarabağdan danışaq” adlı yeni layihəyə start verir.
“Qafqazinfo” xəbər verir ki, Diaspor TV-də yayımlanacaq layihə çərçivəsində Qarabağın mülki əhalisinin başına gətirilən müsibətlər lentə alınacaq. Layihənin özəlliyi odur ki, işğal olunmuş rayonlardan olan insanlar baş verənləri danışacaq, onların çıxışları heç bir montaj prosesindən keçmədən, olduğu kimi yayımlanacaq və arxivləşdiriləcək.
İngilis dilində qaçan sətirlərlə yayımlanması nəzərdə tutulan videomateriallar gələcəkdə tarixi araşdırmalar üçün mühüm mənbə rolunu oynaya bilər.
Son illərdə ürək xəstəliklərinin yaşı olduqca azalıb.
Həmkimlər bu durumun qeyri-sağlam qidalanma ilə birbaşa əlaqəli olduğu qənaətindədirlər. Mütəxəssislər son zamanlar geniş yayılan və gənclərin daha çox istifadə etdiyi içkilər və qidalarla bağlı həyəcan təbili çalıb.
"Ürəyiniz sizdən daha yaşlı ola bilər. Məsələn, qeyri-sağlam qidalanan, hər gün enerji içkiləri qəbul edən, idmandan uzaq olan, siqaretdən istifadə edən 35 yaşlı gəncin ürəyi 55-60 yaşlarındadır. Tam əksinə, bioloji yaşı 56 olan, ancaq qidalanmasına və həyat tərzinə diqqət edən bir insanın ürək yaşı 40-dan artıq deyil" deyə, elm adamları açıqlayıb.axşam.az
ABŞ-ın Kolorado Universitetinin mexaniki mühəndislik üzrə professoru Şelli Miller qapalı məkanlarda koronavirus infeksiyasının qarşısını almaq üçün təsirli üsul ortaya qoyub.
Publika.az xəbər verir ki, tədqiqatçının fikrincə, ağır havadan xilas olmaq üçün otağı düzgün havalandırmaq lazımdır.
Virus evdəki havaya daxil olarsa, patogeni çıxarmağa və ya havalandırmağa cəhd edə bilərsiniz. İçəridə bir neçə nəfər varsa, hava normal olaraq hər saatda 6 dəfə təzələnməlidir. Bu göstərici havanın mübadiləsinin sürəti adlanır. Ticarət binalarında hava istilik, havalandırma və kondisioner sistemləri, yaşayış binalarında isə açıq pəncərə, qapı və çatlar vasitəsilə dəyişdirilir, ötürülür.
Pandemiya vəziyyətində evlər və məkanların havası tez-tez dəyişilməlidir. 2016-cı ildə aparılan araşdırmada məlum olub ki, hava mübadiləsi saatda 9 dəfə dəyişilməlidir. Bu eksperiment Honkonq xəstəxanasında SARS, MERS və H1N1-in yayılmasının azalmasına kömək etdiyini göstərib. Bununla birlikdə, ABŞ və digər ölkələrdə, xüsusən də məktəblərdə bir çox bina tövsiyə olunan havalandırma qaydalarına cavab vermir. Bu vəziyyətdə Miller pəncərə və qapıları açıq saxlamağı məsləhət görür.
Otaqda hava mübadiləsi səviyyəsinin koronavirusun yayılmasının qarşısını almaqda optimal olub-olmadığını öyrənmək üçün karbon qazının konsentrasiyasını təyin edə bilərsiniz. Küçədə karbon qazının miqdarı milyon başına 400 hissədən çoxdur (ppm), yaxşı havalandırılan yerlərdə isə milyon başına 800 hissədir. Millerin fikrincə, koronavirusa yoluxmamaq üçün konsentrasiyası 600 ppm-dən aşağı olmalıdır. Konsentrasiyanı təyin etmək üçün 50 ppm dəqiqliklə karbon qazı sensorlarından istifadə edə bilərsiniz. (publika.az)
Bu gün Azərbaycan manatının dövriyyəyə buraxılmasından 28 il ötür.
Milli pul vahidi olan manat 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb.
Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.
İlk mərhələdə - 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxılıb.
Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.
Prezident İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixində “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb.
Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur.
Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdu.
"Ölkə.Az" AZƏRTAC-a istinadən bildirir ki, Tovuz rayonunun ən böyük kəndi olan Əyyubludakı xiyaban indi insanların tez-tez ziyarət etdiyi məkanlardan birinə çevrilib.
İyul şəhidlərimizin əzəmətli fotoları parkın girəcəyinə yerləşdirilib. Kənd ağsaqqalı, ziyalı 89 yaşlı İsa Cavadoğlu düşmənin iyul təxribatı günlərini xatırlayaraq deyib ki, indiyədək insanlarda belə yüksək əhval-ruhiyyənin şahidi olmamışdı. Vətənə bağlılıq, ordu-xalq birliyi insanları bir amal ətrafında cəmləmişdir. "Yaşlı nəsldən tutmuş yeniyetmələrə qədər hamı döyüşə getməyə can atırdı. Xalq öz ordusuna güvənir, onun arxasında elə dayanmışdı ki, bunu sözlə təsəvvür edə bilmirəm", - deyə Tovuz ziyalısı əlavə edib.
Əyyublu kənd sakini, tarix müəllimi Alim Sarıyev bildirib ki, Azərbaycanın qədim dövlətçilik ənənələri var. Bu, özünü bir daha Tovuz döyüşlərində də göstərdi. Xalqımızın döyüş ruhu yüksək səviyyədədir. Ordumuz bir daha sübut etdi ki, torpaqlarımızı azad etməyə hər an hazırdır. Döyüşlərin getdiyi ərəfədə qonşu dövlətlərdən, qardaş Türkiyədən, Pakistandan və başqalarından gördüyümüz mənəvi dəstək də bizi hədsiz sevindirdi".
Ərazidə aparılan yenidənqurma işləri yerli sakinlərin də ürəyincə olub. Sakinlərlə söhbət zamanı onların ümumi fikri bu oldu ki, ordumuzun müasir silahları, texnikaları, peşəkar heyəti iyul təxribatı zamanı düşməni qorxuya salıb. Düşmən indi 30 il əvvəlki ordu ilə üz-üzə dayanmadığını çox yaxşı anlayır.
Nəhəng dövlətlər arasındakı konfliktlərin sosial şəbəkələrin fəaliyyətinə ciddi təsiri son günlər mediada xeyli aktualdır. Maraqlıdır, dünya ölkələri hansı sosial şəbəkələrə, niyə qadağa qoyublar?
Ted.az bildirir ki, son günlər pandemiya ilə əlaqədar Zoom və ABŞ - Çin münasibətlərindən dolayı TikTok müxtəlif qadağalarla gündəmdədir.
Zoom-a bir sıra ölkələrdə məhdudiyyət qoyulub. Onlardan biri də Tayvan olub. Qadağaya səbəb kimi məlumat təhlükəsizliyinin yetərincə olmaması göstərilib. Fərdi məlumatların Çinə daşındığı iddia olunur. Bir müddət öncə Türkiyədə də Zoom vasitəsilə müəllimlərin kart hesablarından pul oğurlanması iddiası ortaya çıxmışdı. Nyu-York Şəhər Təhsil Departamenti Zoom-a qadağa qoyanlar arasındadır.
Türkiyədə dövlət işçilərinə WhatsApp və Telegram-dan istifadə qadağan edilib. Dövlət qurumlarında yalnız Türkiyə istehsalı mesajlaşma tətbiqlərindən istifadəyə icazə veriləcək. Mütəxəssislərin fikrincə, qadağa məxfi məlumatların digər ölkələrə ötürülməsinin qarşısını almaq məqsədilə tətbiq edilir.
Hindistan-Çin münasibətlərindəki problemlərin artması TikTok-a düşərli olmayıb. Bununla yanaşı, Hindistan 59 Çin tətbiqinə qadağa qoyub. Buna ABŞ-Çin münasibətlərin də səbəb olduğu söylənilir.
Birləşmiş Ərəb Əmirliklərində Tvitter, Feysbuk, Yutub kimi böyük platformalara qarşı da ara-sıra qadağalar tətbiq edilir. Flickr, VKontakte, Skype-a da uzun müddət qadağa qoyulub.
Hindistan Daxili İşlər Nazirliyi polislərə Feysbukdan istifadəni qadağan edib. Qadağanın əsas məqsədi xarici qüvvələrə məlumat ötürülməsinin qarşısını almaqdır. Rəsmilərin fikrincə, Hindistan özü Feysbuk kimi sosial şəbəkə yaratmalıdır ki, bura yerli əhalidən başqa heç bir xarici ölkə daxil ola bilməsin. Qaydağaya əməl etməyənlər inzibati məsuliyyətə cəlb olunurlar.
Çin ərazisində WhatsApp, YouTube, Neftlix, Tumblr, Vikipedia, İnstaqram və Redditin fəaliyyəti məhdudlaşdırılıb. Amma Çindəki bəzi yerli sosial şəbəkələr məşhurluğu və istifadəçi sayına görə heç də Feysbuk və Yutubdan geri qalmır. Məsələn, Çin istehsalı olan Qzone sosial şəbəkəsi istifadəçi sayına görə dünyada üçüncü yerdə qərarlaşıb. Yalnız Çinin daxilində istifadə edilir və kənarda tanınmır.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Netflix-dən istifadəni qadağan etməklə bağlı qərarını isə çoxları birmənalı qarşılamayıb. TBMM səlahiyyətliləri bu qərarı belə əsaslandırıblar: "Millət vəkillərinin internet sürəti ilə bağlı şikayətləri araşdırıldı. Abunəlik əsasında fəaliyyət göstərən platformaların günün pik saatlarında interneti xeyli məşğul etdiyi məlum oldu. Buna görə də, mart ayında idarə heyətinə Netflix də daxil olmaqla, bir sıra platformalara giriş qadağan olundu. İyunun 26-dan isə bu məhdudiyyət hər kəsə şamil edildi". Qeyd edək ki, qadağanın R.T.Ərdoğanın sosial məhdudiyyətlər barədə açıqlaması ilə əlaqədar olmadığı vurğulanıb.
Odnoklassniki, VKontakte kimi Rusiya sosial şəbəkələri, həmçinin Yandex şirkətinin bütün xidmətləri Ukraynada qadağa olunub.
2018-ci ildə İraqda başlayan aksiyalara görə tətbiq olunan sosial şəbəkələrə qadağa qərarı isə bir müddət sonra ləğv edilib.
Uzun illərdir ABŞ-la qarşıdurma vəziyyətində yaşayan İran da Whatsapp, Viber, Feysbuk, Tvitter, Yutub-u bloklayıb.
Telegram isə çox geniş istifadə edildiyi üçün onun bloklanması bir çox vətəndaşı işsiz qoya bilər.
Dünyada sürətlə yayılan COVID-19 pandemiyası ilə bağlı alimlərin araşdırmaları davam edir. Ümumi mənada xəstəliyin ilkin olaraq özünü qrip və soyuqdəymə kimi büruzə verdiyi müşahidə olunur. Bununla belə, bir çox insan bu virusa yoluxmanın necə baş veriyini bilmir.
Koronavirusa yoluxan insanların günbəgün hansı simptomlarla üzləşdiyini təqdim edir:
1-3-cü gün Soyuqdəymə və qrip kimi özünü göstərir. Yüngül qızdırma və boğaz ağrısı müşahidə olunur. İmmunitet zəifdirsə, ürək bulanması və qusma baş verir. 4-cü gün Boğaz ağrısı şiddətlənir, səs boğulur. Yemək və içməkdə çətinlik yaranır. Yüngül baş ağrısı ilə birlikdə, qusma başlayır. 5-ci gün Boğaz ağrısı şiddətlənir. Yemək və içmək olduqca ağrılı bir hal alır. Bədəni tərpətmək, hərəkət etdirmək ağrılı olur. Əzələ ağrıları hiss olunur. 6-cı gün Quru öskürək başlayır. Danışarkən və udqunarkən boğaz ağrısı şiddətlənir. Şiddətli halsızlıq olur. Zaman-zaman nəfəs almaq çətinləşir. Ürək bulanması və qusma çoxalır. 7-ci gün Qızdırma 38 dərəcəyə yüksəlir. Öskürək və bəlğəm şiddətlənir. 8-ci gün Nəfəs almaq çox çətinləşir. Döş qəfəsində şiddətli ağrılar baş verir. Öskürən zaman baş, əzələ ağrıları hiss olunur. 9-cu gün Bütün simptomlar şiddətlə artır, üz və ya dodaqlar göyərir... Qeyd edək ki, bu simptomları özünüzdə müşahidə etdiyiniz təqdirdə dərhal təcili tibbi yardıma müraciət edin.axar.az
"Belə bir qayda yoxdur ki, dünyada hamı virusa yoluxmalıdır. Kollektiv immunitetin formalaşması üçün minimum 70 faiz, ortalama 80 faiz insanın yoluxması kifayətdir. Belə olan təqdirdə virus özünə yaşayış yeri tapmır və sıradan çıxır".
Bu sözləri baku.ws-ə Tibb elmləri doktoru Adil Qeybulla bildirib.
Onun sözlərinə görə, müəyyən bir zaman intervalında, yəni bir il ərzində insanların təxminən 70-80 faizi maksimal bir-birilə ünsiyyətdə olmaq imkanına malikdir:
"Ehtimal nəzəriyyəsini əsas götürərək bildirmək olar ki, kollektiv immunitetin formalaşması adətən bu rəqəmlə hesablanır, 100 faizlə yox. Bizim ölkə ümumilikdə götürəndə kollektiv immuniteti əsas götürüb. Xəstəxanalardan əlavə evlərdə yoluxub müalicə alan insanlar da çoxdur".