![]() |
|
Bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək.
Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlayacaq.
Torpaq insan yaradılışının maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.
Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça bəzədilməsi, qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq, fala baxmaq və bir çox adət-ənənələr var.
Qədim el adət və inanclarına görə, ilaxır çərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən hoppanar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlayarlar.
Bu gündə qorxanların başından su töküb qorxunu alar, evdən pul, qonşuya ələk verməzlər. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axır çərşənbə gecəsi tez yatmazlar, evdə qazan asar, vəfat etmiş yaxın adamları yada salar, onların adını çəkib "filankəslərin adına qazan asdım" deyib qazana ət, düyü və s. tökərlər. Axır çərşənbə günü ertədən lampa yandırarlar.
İlaxır çərşənbəsində qızlar bir qaba su tökər, əllərindəki üzükləri çıxarıb saçlarına salarlar. Niyyət tutub üzüyü suyun üstündən keçirərlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir; üzüyün neçə dəfə qaba dəydiyini sayırsan - demək, o yaşda da gəlin gedəcəksən.
Axır çərşənbə gecəsi ürəkdə niyyət tutub yatmaq lazımdır. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən.
İlin axır çərşənbə axşamı ana uşaqlarının başından tük kəsir və axar suya atır. Həmin yerdən bir qab su götürür və uşaqlarının üstünə çiləyir. Bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.
Qeyd edək ki, bu il yaz fəsli ölkəyə martın 20-dən 21-nə keçən gecə saat 01:58-də gələcək.
Trend xəbər verir ki, gigiyena etiketi xəstəlik və xəstəliyin yayılmasının qarşısını alan təcrübələri əhatə edir. Ağır tənəffüs yolu xəstəlikləri isə öskürmə və ya asqırma zamanı, çirkli əllər vasitəsilə daha tez yayılır.
Xəstəliyin yayılmasının qarşısının alınmasına kömək edən yollar:
Öskürmə və asqırma zamanı ağız və burun dəsmal və ya məndillə bağlanmalı;
İstifadə olunmuş dəsmal zibil qutusuna atılmalı;
Dəsmal olmadıqda isə öskürmə və asqırma zamanı qolun üst (bazu-çiyin) nahiyəsi ilə ağız və burun bağlanmalıdır;
Əllər tez-tez yuyulmalıdır.
İş geyimi ilə əlaqədar gigiyenik qaydalar:
İşə başlamazdan əvvəl üst paltarı, ayaqqabı, şəxsi əşyalar qarderoba
yerləşdirilməlidir;
İş və şəxsi geyimləri müxtəlif dolablarda saxlanılmalıdır;
İş geyiminə xüsusi forma, xalat, önlük, başlıq və ayaqqabı aiddir;
İşə başlamazdan əvvəl əllər sabunla təmiz yuyulmalı, təmiz işçi forması geyinilməli, saçlar örtük altında yığılmalı və ya xüsusi tor materialdan hazırlanmış başlıqlardan (bone) istifadə edilməlidir;
İş zamanı təmiz paltarda olmalı, çirkləndikdə dəyişdirilməlidir;
Sanitar qovşağa getdikdə önlük, başlıq çıxarılmalı, əllər sabunla təmiz yuyulduqdan sonra təkrar geyinilməlidir;
Çirkli iş geyimlərinin ev şəraitində yuyulmasına yol verilmir. İş geyimləri yalnız
ixtisaslaşmış çamaşırxanalarda yuyulmalıdır;
İşçi formasında məkandan kənara çıxmaq arzuolunmazdır;
Baş örtükləri saçları tam olaraq əhatə etməlidir ki, bu da kəpək və tükün qida
məhsullarına və hazır yeməklərə düşməsinin qarşısını alır. Saçların təmizliyi də
önəmlidir. Kişilər saçlarını vaxtı-vaxtında kəsdirməli və üzünü təraş etməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, şimal və qərb rayonlarından başlayaraq arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman gözlənilir.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacaq.
Avtomobillər gündəlik həyatımızın əvəzedilməz hissəsinə çevrilib. İlk dəfə avtomobil alanlar, hər şeydən əvvəl, sürət qutusunun mexanika və ya avtomat seçilməsi ilə maraqlanırlar. Avtomobillərin avtomatötürücü və mexanika növləri daim bir-biri ilə qarşıladırılaraq müqayisə edilir. Kimisi mexanikaötürücü qutulu avtomobillərin, bəziləri isə avtomat trasmissiyanın rahat olduğunu bildirir.
Dünyada ilk avtomatötürücü qutusu olan avtomobil 1958-ci ildə Variomatic firmasına aid olub. 1975-ci ildə isə Variomatic, avtomat trasmissiya istehsalını Volvo firmasına satıb.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı TED.az-a ilk avtomat trasmissiyanın Azərbaycana 1980-ci ildə gətirildiyini bildirib: “Həmin vaxtlarda Qaz-31 markalı avtomobildə belə bir mexanika quraşdırılıb. 1990-cı illərdən isə Mercedes və BMW - nin də avtomatötürücü qutusu olan modelləri ölkəmizə gətirilməyə başlayıb. Ardınca Toyota, Volvo markalı avtomobillərin eyni növ modelləri də gətirilib. Hətta həmin vaxtlarda Bakıda sükanı sağda olan Volvo və Toyota avtomobillərinin belə modelləri də çox idi. Sonradan sükanı sağda olan avtomobillərin gətirilməsinə qadağa qoyulub. Bu gün belə maşınlar istismar olunur, amma ölkəyə gətirilməsi qadağandır”.
Ekspert qeyd edib ki, avtomatötürücü qutusu olan avtomobillər bir növ istifadəçilərin işini asanlaşdırır: “Bu, xüsusən də qadın sürücülər üçün daha asan və əlverişli üsuldur. Bu vasitə ilə onlar həm tez-tez ötürücü qutuları dəyişmirlər, həm də ayaqları yorulmur. Mexanikaötürücü qutusu olan avtomobillərdə pillələri dəyişmək üçün ayaqlardan daha çox istifadə edirik. Mexanikaötürücülərdə qaz və əyləclə birlikdə, 3-cü pedala da ayaq basmaq lazımdır ki, pillələri dəyişə bilək. Xüsusilə, xanımlar belə şeyləri sevmirlər. Düzdür, xanım sürücülərimiz arasında mexanikaötürücü qutusu olan nəqliyyat vasitələrindən istifadə edənlər də var. Özüm də şəhərdə VAZ 2107, Niva, Tofaş markalı avtomobilləri idarə edən xanımların şahidi olmuşam. Mexanikaötürücü qutusu olan nəqliyyat vasitələrinin təmir xərcləri nisbətən çox olur. Buna görə də avtomatötürücü qutusu olan maşınlar şəxsi nəqliyyat nəqliyyat vasitələrini idarə edənlər üçün daha sərfəlidir. Düzdür, qarlı-buzlu yollarda çətinlik törətsə də, avtomatötürücü qutusu olan maşınların üstünlükləri danılmazdır. Bunu nəzərə alaraq, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təklifi ilə yol hərəkəti haqqında qanuna da dəyişiklik edildi”.
“Keçmiş millət vəkili, indiki Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu layihəni irəli sürmüşdü. Daha sonra Milli Məclisdə bu məsələ qaldırıldı. Yeni sürücülük vəsiqələri alınarkən, hansı nəqliyyat vasitəsi üzrə imtahan verməklə bağlı qayda irəli sürüldü. İmtahanda iştirak edənlər, istəsələr, Avtomat transmissiyanı, ya da Mexanikanı seçə bilirlər. Əgər imtahan verən şəxs Mexanika transmissiya üzrə imtahandan uğurla keçibsə, deməli Avtomat transmissiyanı da idarə edə bilər. Lakin əksidirsə, Avtomat transmissiya üzrə imtahan vermisinizsə, mexanikadan istifadə edə bilməzsiniz. Qeyd edim ki, bunun cəriməsi 100 manatdır” - deyə, ekspert, əlavə edib.
Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə, son günlərdə neftin qiymətinin enməsi ilə bağlı iqtisadiyyatda və əhalidə müəyyən bir ajiotaj yaranıb: “Amma təlaşa ehtiyac yoxdur.
Çünki Azərbaycan hökumətinin apardığı tədbirlər nəticəsində iqtisadiyyatımızın dayanıqlılığı artıb. Həyata keçirilən islahatlar nəticəsində qeyri-neft sekktorunun payı ölkə iq tisadiyyatında payı 60 faiz təşkil edir. Tədiiiyyə balansı 5,q milyard dollar təşkçil edir. Nağd pul kütləsi 5 dəfə artıqdır. Bu gün banklarda əhalinin xarici valyutaya olan ehtiyacını ödəmək üçün yetərincə valyuta ehtiyatı var. Odur ki,iqtisadiyyatın xarici şoklardan qorunması üçün immunitet yaranıb. Neftin qiymətinin 30-35 dollar olması büdcə gəlirlərinin 270-340 milyon dollar azalda bilər ki, bu da büdcənin gəlirlərində çox cüzi faizdir. Son iki ayda büdcəyə proqnozlaşdırılandan 250 milyon manatəlavə vəsait daxil olub. Bu da göstərir ki, neftin qiymətinin düşməsi büdcə gəlirlərinə elə ciddi təsir göstərməyəcək”.
“Ölkə.Az” xarici mətbuata istinadən xəbər verir ki, xəstəxanadan verilən məlumata görə, bütün müalicə olunanlar sağaldığına görə evlərinə buraxılıblar. “Artıq koronavirus təhlükəsi yoxdur”,- deyə onlar son məlumatlarında açıqlayıblar.
Xəstəxananın həkimləri isə sevinclərini binanın qarşısında maskalarını çıxararaq qeyd ediblər.
Ölkədə bütün ictimai yerlərdə dezinfeksiya işləri aparılır. Məktəblər bağçalar, avtovaqzallar,idman kompleksləri və s. İnsanların daha çox toplaşdığı çay evlərində isə nədənsə dezinfeksiya işləri hələki gözə dəymir. Bununla bağlı sahibkarların bəzilərindən müsahibə almaq istəsək də razılq verən olmadı. Şəhər sakinləri isə vəziyyəti belə izah etdi.
ARB TV–nin efirində yayımlanan “Günə doğru” verilişində məsələ ilə bağlı sujet yayımlanıb.
Xaçmaz sakini: “Stəkanlarda çay dənləri qalır. Çalışırıq ki, natəmiz yerlərə getməyək”.
Çay evlərinin bəziləri səliqli təmiz olsa da sınıq, köhnə üzəri çirkab olan, hisli paslı çayniklərdə müştərilərə xidmət edənlər də az deyil. Bir masada hər gün onlarla müştərinin oturduğunu stəkanlardan müxtəlif insanlarn istifadə etdiyini nəzərə alsaq virusun yayılma riskini anlamaq mümkündür. Girdiyimiz bəzi çay evlərində isə siqaret tüstüsündən nəfəs almaq belə mümkün deyildi.
Xaçmaz sakini: “Siqaret iyindən getmirik çayçılara”.
Tibbi mütəxəsssilər bildirir ki, qablar və masalar gün ərsində ən azı iki dəfə xüsusi məhlullarla silinməlidir. Belə durumlarda isə hər dəfə stəkanlar züsusi məhlulla və qaynar suda yuyulmalıdır. Lakin əksər çay evlərində stəkanların üzərindən sadəcə su axıdılmaqla proses bitir.
Əlniyaz Ramazanlı – Həkim: “90 % əməl olunmur. Xüsusi ximikatlar olmalıdı, qablar yuyulmalıdı”.
Aidiyyətı qurumlar vaxtaşırı çayxanalarda və iaşə obyektlərində monitorinqlər keçirir. Belə sahibkarlar fakt aşkarlandıqda cəzalandırılır. Lakin vətəndaşlar da diqqətli olmalı məsələyə ciddi yanaşmlı, sanitar gigiyenik vəziyyətə nəzarət üçün ictimai qınağı gücləndirməlidir.