Qadın sürücülər üçün daha asan və əlverişli üsul - Mexanika, yoxsa avtomat
Avtomat ötürücü qutusu olan avtomobillər istifadəçilərin işini asanlaşdırır

Avtomobillər gündəlik həyatımızın əvəzedilməz hissəsinə çevrilib. İlk dəfə avtomobil alanlar, hər şeydən əvvəl, sürət qutusunun mexanika və ya avtomat seçilməsi ilə maraqlanırlar. Avtomobillərin avtomatötürücü və mexanika növləri daim bir-biri ilə qarşıladırılaraq müqayisə edilir. Kimisi mexanikaötürücü qutulu avtomobillərin, bəziləri isə avtomat trasmissiyanın rahat olduğunu bildirir.

Dünyada ilk avtomatötürücü qutusu olan avtomobil 1958-ci ildə Variomatic firmasına aid olub. 1975-ci ildə isə Variomatic, avtomat trasmissiya istehsalını Volvo firmasına satıb.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı TED.az-a ilk avtomat trasmissiyanın Azərbaycana 1980-ci ildə gətirildiyini bildirib: “Həmin vaxtlarda Qaz-31 markalı avtomobildə belə bir mexanika quraşdırılıb. 1990-cı illərdən isə Mercedes və BMW - nin də avtomatötürücü qutusu olan modelləri ölkəmizə gətirilməyə başlayıb. Ardınca Toyota, Volvo markalı avtomobillərin eyni növ modelləri də gətirilib. Hətta həmin vaxtlarda Bakıda sükanı sağda olan Volvo və Toyota avtomobillərinin belə modelləri də çox idi. Sonradan sükanı sağda olan avtomobillərin gətirilməsinə qadağa qoyulub. Bu gün belə maşınlar istismar olunur, amma ölkəyə gətirilməsi qadağandır”.

 

Ekspert qeyd edib ki, avtomatötürücü qutusu olan avtomobillər bir növ istifadəçilərin işini asanlaşdırır: “Bu, xüsusən də qadın sürücülər üçün daha asan və əlverişli üsuldur. Bu vasitə ilə onlar həm tez-tez ötürücü qutuları dəyişmirlər, həm də ayaqları yorulmur. Mexanikaötürücü qutusu olan avtomobillərdə pillələri dəyişmək üçün ayaqlardan daha çox istifadə edirik. Mexanikaötürücülərdə qaz və əyləclə birlikdə, 3-cü pedala da ayaq basmaq lazımdır ki, pillələri dəyişə bilək. Xüsusilə, xanımlar belə şeyləri sevmirlər. Düzdür, xanım sürücülərimiz arasında mexanikaötürücü qutusu olan nəqliyyat vasitələrindən istifadə edənlər də var. Özüm də şəhərdə VAZ 2107, Niva, Tofaş markalı avtomobilləri idarə edən xanımların şahidi olmuşam. Mexanikaötürücü qutusu olan nəqliyyat vasitələrinin təmir xərcləri nisbətən çox olur. Buna görə də avtomatötürücü qutusu olan maşınlar şəxsi nəqliyyat nəqliyyat vasitələrini idarə edənlər üçün daha sərfəlidir. Düzdür, qarlı-buzlu yollarda çətinlik törətsə də, avtomatötürücü qutusu olan maşınların üstünlükləri danılmazdır. Bunu nəzərə alaraq, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin təklifi ilə yol hərəkəti haqqında qanuna da dəyişiklik edildi”. 

 

“Keçmiş millət vəkili, indiki Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu layihəni irəli sürmüşdü. Daha sonra Milli Məclisdə bu məsələ qaldırıldı. Yeni sürücülük vəsiqələri alınarkən, hansı nəqliyyat vasitəsi üzrə imtahan verməklə bağlı qayda irəli sürüldü. İmtahanda iştirak edənlər, istəsələr, Avtomat transmissiyanı, ya da Mexanikanı seçə bilirlər. Əgər imtahan verən şəxs Mexanika transmissiya üzrə imtahandan uğurla keçibsə, deməli Avtomat transmissiyanı da idarə edə bilər. Lakin əksidirsə, Avtomat transmissiya üzrə imtahan vermisinizsə, mexanikadan istifadə edə bilməzsiniz. Qeyd edim ki, bunun cəriməsi 100 manatdır” - deyə, ekspert, əlavə edib.

 
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....

Xəbər lenti