![]() |
|
Yeni koronavirus sərhəd tanımadan az qala dünyanın hər nöqtəsinə yayılır. Virusun yayılma coğrafiyası genişləndikcə hökumətlər qabaqlayıcı tədbirlərin sayını artırırlar. Ən çox da hərəkəti məhdudlaşdıran tədbirlərə əl atılır. Əslində insanlar özləri də həm ölkədaxili, həm də xarici səfərlərdən ehtiyat edirlər. Amma istənilən halda ictimai nəqliyyatdan istifadə davam etməkdədir.
"MediaPost" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı başda olmaqla, bir çox qurumlar əhaliyə insanların sıx toplaşdığı yerlərdən uzaq durmağı tövsiyə edir. Belə olan halda təyyarələr və qatarlardan istifadə etmək, gəmi ilə səyahətə çıxmaq, metro və avtobuslarla getmək nə dərəcədə təhlükəlidir?
QATARLAR VƏ AVTOBUSLAR...
Mütəxəssislər deyir ki, hələlik yeni koronavirusun necə yayıldığına dair birbaşa göstəriş yoxdur. Sadəcə o məlumdur ki, oxşar viruslar xəstələr asqıranda və ya öskürəndə hava-damcı yolu ilə ötürülür. Yaxud virus yoluxmuş səthdən də keçə bilir.
Göründüyü kimi, koronavirus sıradan qrip virusu kimi havada üzmür. Bu səbəbdən də yoluxma yaxın təmas tələb edir. Məsələn, Britaniya səhiyyə sisteminə görə, yoluxmuş insandan 2 metrdən az məsafədə (ən azı 15 dəqiqə) olmaq sıx təmas deməkdir.
Ona görə də hər hansı qatarda və ya avtobusda potensial yoluxma riski bu nəqliyyat vasitələrinin sərnişinlərlə nə dərəcədə dolu olmasından asılıdır. Sıxlığı yaradan amillər isə səfərin vaxtı, marşrutudur.
Son illər aparılan araşdırmalar göstərir ki, adətən, insanlarla dolu olan London metrosunda respirator xəstəliklərə tutulma şansı xeyli yüksəkdir. Lakin pik saatlarda səyahət etmirsinizsə və olduğunuz vaqonda və ya avtobusda az sayda sərnişin varsa, müvafiq olaraq risk də azalmış olur.
İçərinin nə qədər yaxşı havalandırıldığı və təmizləndiyi, həmçinin yolunuzun nə dərəcədə uzun olduğu da əhəmiyyət daşıyır.
Qlobal Sağlamlıq İnstitutunun əməkdaşı Lara Qosenin sözlərinə görə, koronavirusdan qorunmaq üçün potensial yoluxmuş sərnişinlər və səthlərlə təması minimuma endirmək vacibdir: "Ona görə də pik saatlarda nəqliyyatdan istifadədən çəkinin".
Məsələn, Britaniya hökuməti hələ ki əhaliyə ictimai nəqliyyatdan imtinanı tövsiyə etməyib. Lakin Rusiyada əhaliyə pik saatlarda ictimai nəqliyyatdan istifadə etməməklə bağlı çağırış edilib.
Ümumdünya Səhiyyə Təşkilatının koronavirus üzrə xüsusi məsləhətçisi Devid Nabarro BBC-yə bildirib ki, ictimai nəqliyyatda təhlükəsizlik məsələsi hələ yaxşı öyrənilməyib. Lakin əldə olunan məlumatlar onu göstərir ki, ani təmaslar (məsələn, nəqliyyatda sərnişinlər arasında) virusun "ən vacib ötürmə mənbəyi" deyil.
TƏYYARƏ DAHA RİSKLİDİR?
Təyyarədə virusa yoluxma riskinin daha böyük olduğu deyilir. Səbəb kimi də o göstərilir ki, sərnişinlər "köhnə" hava ilə nəfəs alırlar. Mütəxəssislər isə deyir ki, əslində, təyyarədəki hava ofislərdəki havadan daha təmizdir. Göyərtədəki havanın qatarda və ya avtobusda olduğundan daha təmiz olduğu isə dəqiqdir. Təyyarədə sərnişin sıxlığı daha yüksək olsa da, oradakı hava daha tez-tez yenilənir.
ABŞ-ın Perdyu Universitetinin müxtəlif nəqliyyat vasitələrində havanın keyfiyyətini araşdıran professoru Tsinyan Çenin sözlərinə görə, təyyarədəki hava hər 2-3 dəqiqədən bir tamamən dəyişir. Müqayisə üçün deyək ki, kondisionerli binalarda bu proses hər 10-12 dəqiqədən bir baş verir.
Bunun səbəbi təyyarələrin yüksək səmərəli toz-hava filtrləri (Hepa) ilə təchiz olunmasıdır. Kondisioner sisteminə, o cümlədən adi filtrlərə nisbətən onlar daha kiçik hissəcikləri də çəkə bilirlər.
Bu filtrlər göyərtə xaricindəki havanı çəkir və onu içəridəki hava ilə qarışdırır. Deməli, istənilən vaxt göyərtədəki hava yarıtəzə olur. Yeri gəlmişkən, adi kondisioner sistemi yalnız köhnə havanı (iqtisadi maraqlara görə) təkrar istifadə edir.
Asqırma və öskürək zamanı havaya girmiş viruslu mikrodamcılara həm nəfəs almaqla, həm də yoluxmuş bir səthə (istər insan əli, istərsə də qapının qulpu və s.) toxunaraq yoluxa bilərsiniz.
Hələ 2018-ci ildə Atlantadakı Emori Universitetindən Viki Herzberq qitələrarası uçuşlar edən təyyarələrin göyərtəsindəki səthlərdən nümunələr götürmüş və bildirmişdi ki, mənzərə demək olar ki, insanların qonaq otaqlarındakı mənzərə ilə eynidir.
Başqa sözlə, təyyarələrlə və nəqliyyatın digər növləri və obyektlər arasında praktiki olaraq heç bir fərq yoxdur.
Deməli, nəqliyyatın yaratdığı riskləri ümumiləşdirməyə dəyməz. Çünki bu riskləri azaldan və ya artıran bir çox amil var. Məsələn, uzun məsafəli reyslərdə sərnişinlər göyərtədə daha çox hərəkət edirlər və içəridə xəstə olduqda yoluxma riski ciddi şəkildə artır.
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, xəstə sərnişinin qarşısındakı, arxasındakı və yanındakı oturacaqlar yoluxma baxımından ən riskli yerlər hesab olunur. Lakin bir faktı da nəzərə almaq lazımdır ki, 2003-cü ildə Şiddətli Kəskin Tənəffüs Sindromu (SARS) epidemiyası zamanı xəstə sərnişinin uçduğu təyyarədə yoluxanların 45 faizi "təhlükə zonasından" kənarda oturmuşdular.
Belə olan halda standart tövsiyələrə müraciət etmək lazım gəlir - əllərinizi daha tez-tez yuyun, səthləri dezinfeksiya edin, birdəfəlik əl dəsmalına asqırın və ya öskürün.
Hava səyahətinin ən təhlükəli tərəfi odur ki, təyyarələr potensial yoluxucu insanları dünyanın istənilən nöqtəsinə tez bir zamanda çatdıra bilir. Bu da öz növbəsində virusun yayılma coğrafiyasını genişləndirir.
KRUİZ GƏMİLƏRİ
Turistlərin daşınmasında dəniz nəqliyyatının da böyük rolu var. Fevral ayında Yaponiyada "Diamond Princess"in bütün sərnişinləri karantin altına alındıqdan sonra kruiz gəmilərinin yaratdığı təhdid gündəmə gəldi.
Gəmi Yaponiyanın Yokoqama limanında iki həftə karantində saxlanıldı. Gəmidəki 3700 nəfərdən 705-ində koronavirus aşkarlandı. Nəticədə Yaponiya hökuməti həm sərnişinləri, həm də heyət üzvlərini karantin altına aldı. Yeri gəlmişkən, karantin sonrası gəmini tərk edənləri tibbi heyət qarşıladı və onların üzərinə dezinfeksiyaedici maddələr püskürdüldü.
3500 sərnişinli digər kruiz gəmisi "Grand Princess" Kaliforniya sahillərində saxlanıldı. Və onlarla sərnişin koronavirus testindən keçdi. Təyyarələrdən fərqli olaraq bu cür gəmilərdə insanlar çox məhdud bir məkanda uzun müddət təmasda olurlar. Bu da yoluxma riskini artırır.
Professor Çenin fikrincə, kruiz gəmilərində kondisioner sistemi daxildəki və göyərtə xaricindəki havanı qarışdırır. Bu sistem enerjiyə qənaət baxımından tətbiq olunur: "Problem ondadır ki, bu cür sistemlər 5 min nanometrdən kiçik hissəcikləri filtrdən keçirə bilmir. 2003-cü ildə SARS yayılanda virusların diametri 120 nanometrdən çox olmurdu və kondinsioner sistemi sayəsində onlar bütün gəmi boyunca sərbəst gəzə bilirdilər. Kruiz gəmiləri qənaət etmək (havadan təkrar istifadə ilə) əvəzinə, xarici havadan istifadə etsələr, yoluxma riski də azalar".
SON DURUM
Son məlumatlara görə, hazırda dünyada 113 mindən çox (Çində 81 min) yoluxma qeydə alınıb. Çindən kənarda da koronavirusa yoluxanların sayı artıb - son gün ərzində 4125 nəfər.
Xəstəlikdən ölənlərin sayı 4000-dən (Çində 3000-dən) bir qədər çoxdur. Beləliklə, ölüm nisbəti təxminən 3,5 faizdir. Yoluxanların yarıdan çoxu isə (63 mindən çox insan) artıq sağalıb.
Tərcümə "MediaPost"a məxsusdur
Bu barədə ''Haaretz'' xəbər verib. Məlumata görə, “Ness Ziona” Bioloji Tədqiqatlar İnstitutunun elm adamları yaxın günlərdə bu barədə açıqlama verəcəklər.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.
Bu barədə APA-ya aktyorun yaxınları məlumat veriblər.
A.Zeynalov dünən gecə Bakıda Topçubaşov adına xəstəxanada dünyasını dəyişib.
O, Lənkəranda dəfn ediləcək.
Qeyd edək ki, A.Zeynalov Lənkəran Dövlət Teatrının aktyoru idi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakıda və Abşeron yarımadasında martın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 13-18, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
MTRŞ-nın yayım və texniki məsələlər üzrə əməkdaşı Fikrət Xuduzadə Unikal.org-a açıqlamasında Lider TV-nin yayımının dayandırılması ilə bağlı xəbəri təkzib edib:
“Televiziya və radioda kompleks profilaktika tədbirləri keçirilir. Bu gün saat 16:00-dan sonra kanal öz fəaliyyətini bərpa edəcək”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 12-16, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 17-22, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 11-də Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq yarada bilər.
Dünən Bakı sakinləri qeyri-adi hadisənin şahidi olublar.
Oxu.Az xəbər verir ki, naməlum kəndirbaz “Alov qüllələrinə" qalxaraq orada “ölüm rəqsi” sərgiləyib.
Kadrlardan göründüyü kimi kəndirbaz küləkli Bakı havasında iki qüllənin arasından keçiməyə cəhd edir.
Qeyd etmək lazımdır ki, onun məharəti həm yerdən, həm də helikopter vasitəsi ilə qeydə alınıb.
Koronavirusun dünyada yayıldığı hazırkı dövrdə sosial şəbəkələrdə qeyri-adi görüntülər peyda olmaqdadır. Belə videoların birində avtobus sürücüsünün maraqlı müdafiə üsulu müzakirə mövzusuna çevrilib.
“HaberGlobal”ın məlumatına görə, kadrlar İsraildə qeydə alınıb.
oxu.az
Yan güzgülər sürücülərin təhlükəsizliyini təmin edir. Onlara baxaraq yola düzəlirik və ötmə əməliyyatı edirik, arxaya hərəkət edirik və avtomobilin ətrafındakı məkanı idarə edirik. Güzgülərdə çox vaxt qəribə bir elementi - onları iki hissəyə ayıran qara bir zolaq görə bilərsiniz. İncə xəttin hansı funksiyanı gizlətdiyini Avtosfer.az portalı araşdırdı.
Güzgülər üç növdə olur: düz, sferik və asferik. Düz güzgülərin çox adı onların formasından xəbər verir - onlar düzdürlər. Ancaq buna baxmayaraq görüntü çox məhduddur. Düz güzgülərdəki kor sahələri idarə etmək olduqca problemlidir. Yenidən manevrlər etmək və ya onlarla geri dönmək yalnız yeni başlayanlar üçün deyil, daha təcrübəli sürücülər üçün də ciddi bir sınaq ola bilər.
Və burada sferik güzgülər köməyə gəlir. Avtomobilinizin arxasında hərəkət edən obyektləri uzaqlaşdıran bir şişman formaya sahibdirlər ki, bu da əslində, güzgüdəki ingilis yazısındakı objects in mirror are closer than they appear (güzgüdəki obyektlər göründüklərindən daha yaxındır), ancaq bu güzgülərin görünən sahəsi daha böyükdür. Lakin sferik güzgülərin əyriliyi bütün səth üzərində sabit olmasına baxmayaraq sürücüləri kor sahələr və zəif görünmə ilə əlaqəli olan çətinliklərdən tamamilə azad etmir.
Buna görə, görmə qabiliyyətini daha da yaxşılaşdırmaq üçün avtomobil istehsalçıları tez-tez asferik güzgülərdən istifadə edirlər. Əslində bunlar eyni sferik güzgülərdir, lakin bir kənardan belə bir güzgünün əyriliyi əhəmiyyətli dərəcədə artır və bu, kor (ölü) zonanı demək olar ki, tamamilə kənarlaşdırır. Bu da öz növbəsində görmə qabiliyyətini yaxşılaşdırır.
Güzgünün bir hissəsinin bitdiyi və digərinin daha da əyri olaraq başladığı yer, güzgülərdə qara zolaqla işarə edilib. Beləliklə, bu, bir çox insanın düşündüyü kimi - isitmə, dizayn və istehsal tərzi deyil.
Daha bahalı avtomobillərdə və asferik güzgü funksiyası avtomobillərin, motosikllərin, piyadaların, arakəsmə maneələrin və digər maneələrin mövcudluğunu aşkar edən kameralar və sensorlar tərəfindən yerinə yetirilir. Bu vəziyyətdə, güzgülərin ölü sahələrinə nəzarət sistemi, güzgülərdə və ya salon içərisində olan xəbərdarlıq işıqları, təhlükə barədə sürücünü xəbərdar edir. Bəzi avtomobillər hətta alətlər panelində və ya güzgülərin yerləşdiyi ekranlarda kor sahələrin görüntüsünü göstərirlər.