Hansı nəqliyyat vasitəsində koronavirusa yoluxma daha risklidir?
İctimai nəqliyyatdan istifadə hansı hallarda təhlükəlidir?

Yeni koronavirus sərhəd tanımadan az qala dünyanın hər nöqtəsinə yayılır. Virusun yayılma coğrafiyası genişləndikcə hökumətlər qabaqlayıcı tədbirlərin sayını artırırlar. Ən çox da hərəkəti məhdudlaşdıran tədbirlərə əl atılır. Əslində insanlar özləri də həm ölkədaxili, həm də xarici səfərlərdən ehtiyat edirlər. Amma istənilən halda ictimai nəqliyyatdan istifadə davam etməkdədir.

"MediaPost" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı başda olmaqla, bir çox qurumlar əhaliyə insanların sıx toplaşdığı yerlərdən uzaq durmağı tövsiyə edir. Belə olan halda təyyarələr və qatarlardan istifadə etmək, gəmi ilə səyahətə çıxmaq, metro və avtobuslarla getmək nə dərəcədə təhlükəlidir?

QATARLAR VƏ AVTOBUSLAR...

 

Mütəxəssislər deyir ki, hələlik yeni koronavirusun necə yayıldığına dair birbaşa göstəriş yoxdur. Sadəcə o məlumdur ki, oxşar viruslar xəstələr asqıranda və ya öskürəndə hava-damcı yolu ilə ötürülür. Yaxud virus yoluxmuş səthdən də keçə bilir.

Hansı nəqliyyat vasitəsində koronavirusa yoluxma daha risklidir?

Göründüyü kimi, koronavirus sıradan qrip virusu kimi havada üzmür. Bu səbəbdən də yoluxma yaxın təmas tələb edir. Məsələn, Britaniya səhiyyə sisteminə görə, yoluxmuş insandan 2 metrdən az məsafədə (ən azı 15 dəqiqə) olmaq sıx təmas deməkdir.

Ona görə də hər hansı qatarda və ya avtobusda potensial yoluxma riski bu nəqliyyat vasitələrinin sərnişinlərlə nə dərəcədə dolu olmasından asılıdır. Sıxlığı yaradan amillər isə səfərin vaxtı, marşrutudur.

Son illər aparılan araşdırmalar göstərir ki, adətən, insanlarla dolu olan London metrosunda respirator xəstəliklərə tutulma şansı xeyli yüksəkdir. Lakin pik saatlarda səyahət etmirsinizsə və olduğunuz vaqonda və ya avtobusda az sayda sərnişin varsa, müvafiq olaraq risk də azalmış olur.

İçərinin nə qədər yaxşı havalandırıldığı və təmizləndiyi, həmçinin yolunuzun nə dərəcədə uzun olduğu da əhəmiyyət daşıyır.

Qlobal Sağlamlıq İnstitutunun əməkdaşı Lara Qosenin sözlərinə görə, koronavirusdan qorunmaq üçün potensial yoluxmuş sərnişinlər və səthlərlə təması minimuma endirmək vacibdir: "Ona görə də pik saatlarda nəqliyyatdan istifadədən çəkinin".

Hansı nəqliyyat vasitəsində koronavirusa yoluxma daha risklidir?

Məsələn, Britaniya hökuməti hələ ki əhaliyə ictimai nəqliyyatdan imtinanı tövsiyə etməyib. Lakin Rusiyada əhaliyə pik saatlarda ictimai nəqliyyatdan istifadə etməməklə bağlı çağırış edilib.

Ümumdünya Səhiyyə Təşkilatının koronavirus üzrə xüsusi məsləhətçisi Devid Nabarro BBC-yə bildirib ki, ictimai nəqliyyatda təhlükəsizlik məsələsi hələ yaxşı öyrənilməyib. Lakin əldə olunan məlumatlar onu göstərir ki, ani təmaslar (məsələn, nəqliyyatda sərnişinlər arasında) virusun "ən vacib ötürmə mənbəyi" deyil.

TƏYYARƏ DAHA RİSKLİDİR?

Təyyarədə virusa yoluxma riskinin daha böyük olduğu deyilir. Səbəb kimi də o göstərilir ki, sərnişinlər "köhnə" hava ilə nəfəs alırlar. Mütəxəssislər isə deyir ki, əslində, təyyarədəki hava ofislərdəki havadan daha təmizdir. Göyərtədəki havanın qatarda və ya avtobusda olduğundan daha təmiz olduğu isə dəqiqdir. Təyyarədə sərnişin sıxlığı daha yüksək olsa da, oradakı hava daha tez-tez yenilənir.

ABŞ-ın Perdyu Universitetinin müxtəlif nəqliyyat vasitələrində havanın keyfiyyətini araşdıran professoru Tsinyan Çenin sözlərinə görə, təyyarədəki hava hər 2-3 dəqiqədən bir tamamən dəyişir. Müqayisə üçün deyək ki, kondisionerli binalarda bu proses hər 10-12 dəqiqədən bir baş verir.

Hansı nəqliyyat vasitəsində koronavirusa yoluxma daha risklidir?

Bunun səbəbi təyyarələrin yüksək səmərəli toz-hava filtrləri (Hepa) ilə təchiz olunmasıdır. Kondisioner sisteminə, o cümlədən adi filtrlərə nisbətən onlar daha kiçik hissəcikləri də çəkə bilirlər.

Bu filtrlər göyərtə xaricindəki havanı çəkir və onu içəridəki hava ilə qarışdırır. Deməli, istənilən vaxt göyərtədəki hava yarıtəzə olur. Yeri gəlmişkən, adi kondisioner sistemi yalnız köhnə havanı (iqtisadi maraqlara görə) təkrar istifadə edir.

Asqırma və öskürək zamanı havaya girmiş viruslu mikrodamcılara həm nəfəs almaqla, həm də yoluxmuş bir səthə (istər insan əli, istərsə də qapının qulpu və s.) toxunaraq yoluxa bilərsiniz.

Hələ 2018-ci ildə Atlantadakı Emori Universitetindən Viki Herzberq qitələrarası uçuşlar edən təyyarələrin göyərtəsindəki səthlərdən nümunələr götürmüş və bildirmişdi ki, mənzərə demək olar ki, insanların qonaq otaqlarındakı mənzərə ilə eynidir.

Başqa sözlə, təyyarələrlə və nəqliyyatın digər növləri və obyektlər arasında praktiki olaraq heç bir fərq yoxdur.

Deməli, nəqliyyatın yaratdığı riskləri ümumiləşdirməyə dəyməz. Çünki bu riskləri azaldan və ya artıran bir çox amil var. Məsələn, uzun məsafəli reyslərdə sərnişinlər göyərtədə daha çox hərəkət edirlər və içəridə xəstə olduqda yoluxma riski ciddi şəkildə artır.

Hansı nəqliyyat vasitəsində koronavirusa yoluxma daha risklidir?

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, xəstə sərnişinin qarşısındakı, arxasındakı və yanındakı oturacaqlar yoluxma baxımından ən riskli yerlər hesab olunur. Lakin bir faktı da nəzərə almaq lazımdır ki, 2003-cü ildə Şiddətli Kəskin Tənəffüs Sindromu (SARS) epidemiyası zamanı xəstə sərnişinin uçduğu təyyarədə yoluxanların 45 faizi "təhlükə zonasından" kənarda oturmuşdular.

Belə olan halda standart tövsiyələrə müraciət etmək lazım gəlir - əllərinizi daha tez-tez yuyun, səthləri dezinfeksiya edin, birdəfəlik əl dəsmalına asqırın və ya öskürün.

Hava səyahətinin ən təhlükəli tərəfi odur ki, təyyarələr potensial yoluxucu insanları dünyanın istənilən nöqtəsinə tez bir zamanda çatdıra bilir. Bu da öz növbəsində virusun yayılma coğrafiyasını genişləndirir.

KRUİZ GƏMİLƏRİ

Turistlərin daşınmasında dəniz nəqliyyatının da böyük rolu var. Fevral ayında Yaponiyada "Diamond Princess"in bütün sərnişinləri karantin altına alındıqdan sonra kruiz gəmilərinin yaratdığı təhdid gündəmə gəldi.

Hansı nəqliyyat vasitəsində koronavirusa yoluxma daha risklidir?

Gəmi Yaponiyanın Yokoqama limanında iki həftə karantində saxlanıldı. Gəmidəki 3700 nəfərdən 705-ində koronavirus aşkarlandı. Nəticədə Yaponiya hökuməti həm sərnişinləri, həm də heyət üzvlərini karantin altına aldı. Yeri gəlmişkən, karantin sonrası gəmini tərk edənləri tibbi heyət qarşıladı və onların üzərinə dezinfeksiyaedici maddələr püskürdüldü.

3500 sərnişinli digər kruiz gəmisi "Grand Princess" Kaliforniya sahillərində saxlanıldı. Və onlarla sərnişin koronavirus testindən keçdi. Təyyarələrdən fərqli olaraq bu cür gəmilərdə insanlar çox məhdud bir məkanda uzun müddət təmasda olurlar. Bu da yoluxma riskini artırır.

Professor Çenin fikrincə, kruiz gəmilərində kondisioner sistemi daxildəki və göyərtə xaricindəki havanı qarışdırır. Bu sistem enerjiyə qənaət baxımından tətbiq olunur: "Problem ondadır ki, bu cür sistemlər 5 min nanometrdən kiçik hissəcikləri filtrdən keçirə bilmir. 2003-cü ildə SARS yayılanda virusların diametri 120 nanometrdən çox olmurdu və kondinsioner sistemi sayəsində onlar bütün gəmi boyunca sərbəst gəzə bilirdilər. Kruiz gəmiləri qənaət etmək (havadan təkrar istifadə ilə) əvəzinə, xarici havadan istifadə etsələr, yoluxma riski də azalar".

SON DURUM

Son məlumatlara görə, hazırda dünyada 113 mindən çox (Çində 81 min) yoluxma qeydə alınıb. Çindən kənarda da koronavirusa yoluxanların sayı artıb - son gün ərzində 4125 nəfər.

Xəstəlikdən ölənlərin sayı 4000-dən (Çində 3000-dən) bir qədər çoxdur. Beləliklə, ölüm nisbəti təxminən 3,5 faizdir. Yoluxanların yarıdan çoxu isə (63 mindən çox insan) artıq sağalıb.

Tərcümə "MediaPost"a məxsusdur

23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU
01 Noyabr 2024 Ərəblərə kilosunu 3800 manata SATIRIQ, Bakıda isə qiyməti....
30 Oktyabr 2024 Ermənilər hələ də mahnılarımızı oğurlayır - musiqi irsimizə necə sahib çıxırıq?
28 Oktyabr 2024 Azərbaycanda "Halloven" bayramını qeyd edənlərin sayı artıb - Psixoloq nə deyir?
17 Oktyabr 2024 Şirniyyat düşkünlərinə bəd xəbər – Risk çoxdur
16 Oktyabr 2024 Alimlər Marsda sirli strukturlar tapdı
16 Oktyabr 2024 Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
15 Oktyabr 2024 Alimlərindən xəbərdarlıq: Süni intellekt öldürə bilir
14 Oktyabr 2024 Yadplanetlilərlə bağlı ŞOK XƏBƏR: Onların varlığı tezliklə AÇIQLANACAQ
14 Oktyabr 2024 1325-ci ilin xəritəsində Azərbaycan adı - FOTO
14 Oktyabr 2024 Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO
10 Oktyabr 2024 Quyruq yağını bol-bol yeyin, çünki...
07 Oktyabr 2024 Azərbaycanın neçə kəndində internet yoxdur? - Rəsmi açıqlama
03 Oktyabr 2024 Məktəblilərin qida rasionu necə olmalıdır? - Mütəxəssisdən valideynlərə MƏSLƏHƏT

Xəbər lenti