![]() |
|
O, otuz il öncə alimlərin xəbərdarlıq etdiyi hadisələrin baş verdiyini deyib.
U.Tağıyeva qeyd edib ki, qışın ən soyuq dövrü olan kiçik çillə də girib, amma hələ də Bakıda gecələr belə mənfi tempertur müşahidə edilməyib: “İqlim dəyişmələrinin təzahürləri ilə hər gün üzləşirik. Bütün dünya daha tez-tez müşahidə edilən anomal meteoroloji hadisələrlə silkələnir. Bizə müraciət edərək soruşurlar ki, nə baş verir, nə üçün qış belə yumşaq keçir? Bu nadir hadisədir, yoxsa bundan sonra da belə davam edəcək? Bu sualların birmənalı cavabı olmasa da, belə tendensiyanın davam edəcəyi ehtimalı daha çoxdur”.
Onun sözlərinə görə, mülayim qış mövsümü tendensiyası artıq bir neçə ildir müşahidə edilir: “Lakin hazırkı qış mövsümündə bu proses nəinki Azərbaycanda, bir çox Avropa ölkələrində də müşahidə edilməkdədir. Məsələn, Aralıq dənizi sahili ölkələrində havanın temperaturu 24-27 dərəcədir ki, bu əsl yaz havasıdır. Bakıda da havanın temperaturu iqlim normasından 6 dərəcə yüksək olub və yaxın 2 gün ərzində, fevralın 7-dək paytaxtımızda arabir güclənən cənub-qərb (gilavar) küləyi fonunda temperaturun 14-17 dərəcə isti olacağı gözlənilir. Mərkəzi Aran rayonlarında isə temperatur göstəricisi 20 dərəcəyədək yüksələ bilər”.
Direktor vurğulayıb ki, uzun sürən anomal isti hava şəraiti bir neçə günlüyə də olsa respublika ərazisinə müdaxilə edəcək soyuq arktik havalarla əvəz olacaq: “Hava şəraiti kəskin dəyişəcək. Fevralın 7-si axşamdan başlayaraq Bakıda artıq güclənən şimal-qərb küləyinin hakim olacağı, fevralın 8-dən 10-dək küləyin maksimum sürətinin 30-35 m/san-dək çatacağı gözlənilir. Temperaturun xeyli düşməsi fonunda bu proses zamanı gözlənilən yağıntılar fevralın 9-da sulu qara, qara keçə bilər. Respublikanın, xüsusən də dağlıq və dağətəyi rayonların avtomobil yollarının buz bağlayacağı gözlənilir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakıda və Abşeron yarımadasında fevralın 5-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 9-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70 gündüz 45-50 faiz olacaq.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturugecə 2-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gilavar küləyinin əsməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Media.az məlumatına görə, bu haqda “Azadlıq Radiosu” postsovet ölkələrində 1990-2019-cu il aralığında aparılan demoqrafik tendensiyasının nəticələrinə istinadən xəbər verir.
Belə ki, hesabat dövründə Azərbaycanda əhalinin artımı 28,5% təşkil edib. Ermənistanda (-15,7%) və Gürcüstanda(-31%) isə əhalinin azalması qeydə alınıb.
Təqdim edilən cədvəldə ölkələrin statistika xidmətlərinin məlumatlarından istifadə edilib.
Bu statistikaya əsasən, Azərbaycan göstərilən dövr üzrə əhalinin artımına görə postsovet məkanında ilk beşliyə daxil olub.
Siyahıya Tacikistan(57%) başçılıq edir, Gürcüstan isə sonuncu pillədə qərarlaşıb.
Avtosfer.az saytı yol nişanı ilə bağlı oxuculara sual təqdim edir. Göstərilən yerdə dayanmağa və ya durmağa icazə verilir?
1) İcazə verilmir
2) İcazə verilir
3) Sərnişin mindirib-düşürmək üçün icazə verilir
Sualın ilk düzgün və izahlı cavabını verən şəxs Avtosfer.az saytı tərəfindən 5 manatlıq danışıq kartı əldə edəcək.
Cavabları 055 777 63 17 Whatsapp nömrəsinə göndərməyiniz xahiş olunur. Cavabla yanaşı ad, soyad da qeyd olunmalıdır.
Məktəblərdə qış tətili başa çatıb.
"Qış tətili 27-31 yanvar tarixlərini əhatə edib.
Beşgünlük dərs həftəsi olan məktəblilər üçün tətil müddəti 9 gün (25 yanvar-2 fevral) davam edib.
Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə dərslərə fevralın 1-də start verilib. Beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə dərslər bu gün başlayıb.
BAKU.TV-nin qaynar xəttinə maraqlı bir video göndərilib.
Təcili tibbi yardım sürücüsünün həkimi gözləyərkən özünə maraqlı bir məşğuliyyət tapdığı görünür.
Sürücü bütün gigiyenik və sanitar normaları unudaraq yaxınlıqdakı zibil qutularını eşələyir. Özünə lazım olan nələrisə zibildən götürür.
Sürücü zibillikdən topladığı əşyaları və qidaları təcili tibbi yardım maşınına gətirir. Beləliklə, xəstələrin daşındığı təcili yardım maşını virus yuvasına çevrilir. Açıq yara ilə və ya immuniteti aşağı olan xəstələrin bu cür antisanitar vəziyyətdə bir məntəqədən xəstəxanaya aparılması çox təhlükəlidir.
Videoda sürücünün üzünü bağlamağımızda məqsədimiz var. Çünki görüntülər yayıldıqdan sonra rəsmi qurumlar çıxış yolu kimi ən yaxşı halda sürücünü işdən kənarlaşdıracaq.
Biz məsələnin daha dərin olduğunu və məsələnin fərdi olmadığını hesab edərək bu addımı atmışıq. Aydın məsələdir ki, sürücü bu addımı məcburiyyətdən atır. O, maddi imkansızlıqdan zibildən mədəd umur.
Ümid edirik ki, aidiyyəti qurumlar problemi daha dərindən həll etmək üçün çalışacaq. Çünki heç birimiz təcili tibbi yardım maşınlarında belə bir halla rastlaşmaq istəmirik.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 11-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında yanvarın 31-də hava yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 31-də Abşeron yarımadasında metoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Zəlzələ baş verdikdən sonra qorxu içində olan insanların yaşamaq üçün təbii ehtiyacları olur. Buna görə də mütləqdir ki, hər kəsin evində və ya maşınında hazır zəlzələ çantası olsun. Bunun üçün lazım olanlar adambaşına bir litr su, konserva qapağı açan və bişirmək üçün kiçik soba, ilk yardım çantası, plastik qablar, maksimum enerji saxlayan əl fənəri, yanğın söndürən, ev heyvanı varsa onun üçün yemək və sudur. Zəlzələ çantası evdə bütün ailə üzvlərinin bildiyi və asan yerdə olmalıdır. Zəlzələ çantası uzun müddətlik nəzərdə tutulmasa da içində konserva və quru qidalar olduğuna görə bir neçə ay saxlamaq olar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 12-14, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında yanvarın 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 30-da Abşeron yarımadasında sabit hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.