Maşın alanda bu qaydaları bilsəniz sizi aldada BİLMƏZLƏR
Zərbə almış avtomobili necə müəyyənləşdirmək olar?

İstifadə olunmuş avtomobili almaq həmişə müəyyən bir risklə əlaqələndirilir. Satıcının tərif etdiyi "əla" vəziyyətdə olmayacaq bir avtomobil almaq şansı həmişə var. Yol-xeber.az bildirir ki, satın alarkən diqqət etməli olduğunuz ilk şey - avtomobilin zərbə alıb-almamasıdır. Əgər avtomobil qəza keçiribsə, bu onun xidmət müddətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər və gələcəkdə yenidən satışla bağlı problemləriniz ola bilər. Hətta əvvəlki sahibi avtomobilin heç vaxt qəza etmədiyinə və bərpa işlərinə məruz qalmadığına and içsə belə, özünüzün əmin olmanız daha yaxşıdır.
Birinci ondan başlayaq ki, müayinə etdiyiniz istifadə olunan avtomobil yaxşı yuyulmalı və təmiz olmalıdır. Kiçik bir toz qatı da müxtəlif qüsurları gizlədə bilər. Mümkünsə, müayinə ən yaxşı şəkildə gündüz saatlarında açıq havada aparılsın. Əgər siz avtomobili qapalı yerdə müayinə edirsinizsə, onda kifayət qədər miqdarda parlaq işıqla təmin etməlisiniz.
Parlaq Günəş işığı avtomobilin rəngləmə işlərində hətta cüzi fərqi də tez aşkar etməyə imkan verir. Dalğalar da görünəcək. Bu, gövdənin və ya ayrı-ayrı hissələrinin rəngləndiyini göstərə bilər. Şübhə edirsinizsə, eyni gövdə hissələrini fərqli tərəfdən müqayisə edə bilərsiniz. Gövdənin müəyyən bir hissəsi deformasiyaya və sonra bərpa işlərinə məruz qalmışsa, əks sahə ilə müqayisədə asimmetriya nəzərə çarpacaq.
Avtomobilin boya işləmə səthinə xüsusi diqqət yetirilməlidir. Boyalı yerlər parıltı və parlaqlıq baxımından fərqlənəcək.
Daha da əmin olmaq üçün avtomobilə aşağıdan da baxıla bilər. Rahatlıq üçün avtomobil qaldırıcı ilə qaldırılmalıdır. Bütün detallara diqqətlə baxın. Əgər rəng fərqini görsəniz, onda bəzi hissələri yəqin ki, bu yaxınlarda dəyişdirilib. Satıcı bu barədə heç bir şey deməyibsə ehtiyatlı olmalısənız və əlbəttə ki, hissələrin dəyişdirilməsinin səbəbini öyrənmək lazımdır.
İstifadə olunmuş avtomobil alarkən diqqətli olun və bu sizə uzun illər xidmət edəcək.
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?
23 Noyabr 2024 Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
22 Noyabr 2024 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
21 Noyabr 2024 Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
20 Noyabr 2024 Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
16 Noyabr 2024 Xərçəngin qarşısını alır, 10 il cavanlaşdırır
14 Noyabr 2024 Dubay şokoladı yeyən atanın qiyməti eşidəndə verdiyi reaksiya gündəm oldu - VİDEO
12 Noyabr 2024 Həkim ağ çörəkdən imtina məsələsinə NÖQTƏ QOYDU

Xəbər lenti