![]() |
|
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlərin icrası davam edir.
Bu çərçivədə hazırda təmir işləri Nəsimi rayonu, 28 May küçəsində aparılır.
Sözügedən küçənin asfalt-beton örtüyündə müəyyən çat və qabarmalar rahat gediş-gəlişə maneə yaradırdı. Hazırda icra olunan təmir işləri bu problemin aradan qaldırmasına yönəldilib.
Təmir işləri küçənin K.Səfərəliyeva - Puşkin küçələri arasında yerləşən təqribən 500 metrlik hissəsində aparılır. Burda köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda frezlənmiş hissəyə yeni asfalt örtüyünün döşənməsi işləri icra olunur.
Növbəti mərhələdə təmir işləri 28 may küçəsinin Puşkin - R.Behbudov küçələri arasında yerləşən hissəsi üzrə aparılacaq.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda yağış barmaqlıqlarının və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də icra olunacaq.
Ərazidə çalışan işçilərin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından avtonəqliyyat vasitələrinin hərəkəti aparılan işlərdən asılı olaraq qismən və ya tam məhdudlaşdırılır.
Bu üzdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması istiqamətində ölkə başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusarçay üzərində yerləşən avtomobil körpüsünün bərpası işləri davam edir.
Aparılan işlər çərçivəsində M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 180-ci kilometrliyində yerləşən körpünün qəzalı vəziyyətə düşmüş 2 aşırımının aşırım qurğusu tirləri demontaj olunaraq yeniləri ilə əvəz edilib.
Daha sonra körpüdə layihə ardıcıllığına uyğun digər təmir-tikinti işlərinin aparılması, sonda qurğunun yeni asfalt-beton örtüklə örtülərək sürücülərin istifadəsinə verilməsi nəzərdə tutulub.
Körpünün bərpası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında, “İnşaat Norma və Qaydaları”na uyğun olaraq həyata keçirilir. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə agentlik tərəfindən lazımi sayda qüvvə cəlb olunub.
Avtomobil körpüsündə aparılan təmir-tikinti müddəti ərzində fasizləsiz hərəkətin təmin olunması məqsədilə sürücülər üçün yaxınlıqda müvəqqəti alternativ yol da salınıb.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt Bakı və şəhər ətrafı yollarda təmir işləri icra olunur.
Bu çərçivədə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.32-23.22 km-lik hissəsində təmir işləri aparılır.
Sözügedən hissədə asfalt-beton örtükdə yaranan çat və qabarmalar rahat gediş-gəlişə maneə yaradırdı. Hazırda ərazidə icra olunan işlər bu problemi aradan qaldıracaq.
Təmir işləri çərçivəsində yolun köğhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda həmin hissədə yeni asfalt örtüyünün döşənməsi işləri icra olunur.
Ərazidə çalışan işçilərin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından avtonəqliyyat vasitələrinin hərəkəti aparılan işlərdə asılı olaraq qismən və ya tam məhdudlaşdırılır.
Bu üzdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt ərazisində yağan yağıntılar və intensiv hərəkət nəticəsində paytaxt ərazisində palçıq və toz basmış avtomobil tunelləri və tunel daxili yol elementlərinin xüsusi təyinatlı işçi heyəti tərəfindən təmizlənməsi işləri aparılır.
Hazırda bu çərçivədə təmizlik işləri Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerləşən avtomobil tunelində (“Şamaxinka tuneli”) aparılır.
Sözügedən işlər zamanı tunellərin giriş-çıxışları, məhəccərlər, yan divarları, tuneldaxili yol nişanları, işıq əksetdiricilər, əyrixətli dəmir tirlər və bordür hissələri xüsusi təyinatlı maşınlar vasitəsi ilə təzyiqli su verilərək yuyulur.
Sadalanan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.
Sürücülərdən xahiş olunur ki, iş aparılan ərazilərdə diqqətli olsunlar, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etsinlər.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə hazırda təmir işləri Bakı şəhəri,Nəsimi rayonu, 28 May küçəsində (K.Səfərəliyeva küçəsindən R.Behbudov küçəsinədək) aparılır.
Qeyd olunan hissədə hazırda frezlənmə işləri yerinə yetirilir.
Daha sonra yola yeni asfalt-beton örtüyü döşənəcək.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.
Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində (C.Xəndan küçəsindən Z. Bünyadov prospektinədək ) aparılan təmir işləri davam etdirilir.
Yerinə yetirilən işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi artıq yekunlaşıb. Hazırda ərazidə asfaltlanma işləri aparılır.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda sözügedən hissədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.
Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün paytaxtın Atatürk prospektində (Səttar Bəhlulzadə küçəsindən Fətəli xan Xoyski küçəsinədək ) aparılan təmir işləri artıq yekunlaşıb.
Təmir işləri çərçivəsində sözügedən prospektdə köhnə asfalt-beton örtüyünün frezlənməsi, yolun profilə salınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub.
“İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunan təmir işlərinin son mərhələsində sözügedən ərazidə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri yerinə yetirilib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılan təmir işləri davam etdirilir.
Yerinə yetirilən işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi artıq yekunlaşıb. Hazırda ərazidə asfaltlanma işləri aparılır.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda sözügedən hissədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.
Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə hazırda təmir işləri Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Fətəli xan Xoyski prospektinədək) aparılır.
Yerinə yetirilən işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə yararsız səki daşlarının yenilənməsi artıq yekunlaşıb. Hazırda ərazidə asfaltlanma işləri icra olunur.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda sözügedən hissədə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.
Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə təmir işləri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Akademik Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski prospektinədək) və Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılır.
Təmir çərçivəsində hazırda Zərifə Əliyeva küçəsində frezlənmə işləri yerinə yetirilir.
Əhməd Rəcəbli küçəsində isə artıq frezlənmə və yararsız səki daşlarının yenilənməsi işləri yekunlaşıb, hazırda küçəyə yeni asfalt-beton örtüyü döşənir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda sözügedən hissələrdə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.
Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün hər iki əraziyə lazımi sayda qüvvə cəlb edilib.
YOLUNUZ AÇIQ OLSUN...