![]() |
|
Yol-xeber.az" xəbər verir ki, M3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.
2-ci texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilən yolun uzunluğu 71 km təşkil edir. Avtomobil yolu 2 hərəkət zolaqlıdır, ümumi eni 15 metrə qədər genişləndirilir, bura 7.5 metr hərəkət hissə daxildir.
Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular, suötürücü borular və 7 ədəd körpü yenidən inşa olunacaq.
Layihə çərçivəsində hazırda torpaq işləri icra olunur. Avtomobil yolunda yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirmə işləri görülür. Bununla yanaşı atmosfer sularının ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik suötürücü borular üzrə əks dolğu və inşa işləri aparılır. Artıq 15 suötürücü borunun tikintisi yerinə yetirilib.
Layihə üzrə 4 körpünün inşası davam edir.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Yenidənqurma işlərinin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Bu gün ’’Azərbaycan Dəmir Yolları’’ QSC-nin sədri Rövşən Rüstəmov və Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının iştirakı ilə Biləcəri dəmir yolu stansiyasından qardaş ölkəyə 25 konteynerdən ibarət humanitar yük yola salınıb.
Humanitar yardım Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Kahramanmaraş və 10 vilayətdə baş vermiş güclü zəlzələdən zərər çəkmiş insanlara çatdırılacaq.
Bu gün yola salınan humanitar yardım əsasən tibbi ləvazimatlar, qızdırıcılar və generatorlardan ibarətdir və 3 gün ərzində mənzil başına çatacaq.
Qeyd edək ki, təbii fəlakətin ilk günlərindən Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirən Azərbaycan ictimaiyyəti genişmiqyaslı yardım kampaniyalarında yaxından iştirak edir.
Səfir Cahit Bağçı bu çətin günlərdə göstərilən böyük dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür edib.
Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsinin əsaslı təmiri işləri davam etdirilir.
Uzunluğu 3.8 km təşkil edən avtomobil yolunun sözügedən hissəsinin eni müvafiq olaraq 8-16 metr olmaqla dəyişir.
Uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan yolun sözügedən hissəsində asfalt-beton örtüyündə deformasiyalar və qabarmalar əmələ gəlmişdi. Bu isə öz növbəsində vətəndaşların rahat gediş-gəlişini təmin etmirdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırda qeyd edilən problem aradan qaldırılır.
Belə ki, yolboyu deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün frezlənməsi işləri həyata keçirilir. Bundan başqa “İnşaat Norma və Qaydaları”na əsasən yol boyu zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülür, yeni yol əsası inşa edilir və yeni asfalt örtüyü döşənir.
Təmir işləri çərçivəsində zəruri yerlərdə hər iki istiqamət üzrə eni 2.5 metr olmaqla piyada səkilərinin inşası həyata keçirilir, yararsız səki daşlarının və drenaj xəttlərinin yenilənməsi işləri aparılır.
İşlər texnoloji ardıcıllıqla sürətlə və keyfiyyətlə həyata keçirilir. Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Sonuncu mərhələ üzrə hərəkətin normal təşkili üçün yolcizgi və yolgöstərici xətlərin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində, piyadaların avtomobil yolunu keçməsində problem yaşanan ərazidə yeni yerüstü piyada keçidi inşa edilərək vətəndaşların istifadəsinə verilib.
Keçid müasir görünüşü və bütün vətəndaşların rahat şəkildə istifadə etməsi üçün beynəlxalq standartlara cavab verir.
Belə ki, keçiddə həm pilləkən hissə inşa edilib, həm də xüsusi mailliyi olan piyada pandusları. Xüsusi piyada pandusları hesabına isə keçiddə yaşlı adamların, fiziki məhdudiyyətli insanların, uşaq arabalı valideynlərin rahat hərəkəti təmin olunur.
Qeyd edək ki, piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və Dövlət Standartlarına uyğun olaraq inşa edilib.
Layihə üzrə keçidin uzunluğu 65,4 metr, eni 4.5 metr, aşırım hissəsinin uzunluğu 50,6 metrdir. Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir.
Keçiddən istifadə edən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədi ilə fasiləsiz videomüşahidə sistemləri qurulub, personalın real vaxt rejimində keçiddə baş verənləri izləmək üçün xidməti otaq inşa edilib.
YOLUNUZ AÇIQ OLSUN...
Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikintisi sürətlə və keyfiyyətlə davam etdirilir.
Magistral yol layihəsinin tikintisi 5 hissə üzrə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.
Qeyd edək ki, magistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə (layihə üzrə 0-29.9 km) tikinti işləri sona çatdırılıb. Layihə üzrə körpü və yol ötürücüsü, yolaltı keçid, müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında beton baryerlərin tikintisi, həmçinin ödəmə məntəqələrinin və yol avadanlıqlarının quraşdırılması üzrə işlər başa çatdırılıb.
Yeni magistral yolda aparılan işlər çərçivəsində 23.5 km-lik 2-ci (layihə üzrə 29.9-53.5 km) və 20 km-lik 3-cü (layihə üzrə 53.5-73.5 km) hissələri üzrə torpaq yatağının tikintisi, süni qurğularda, körpülərdə və yol qovşaqlarında tikinti-quraşdırma işləri, yol geyiminin əsas laylarının tikintisi işləri yerinə yetirilib. Yolun 36-39 km hissəsində hər iki istiqamət üzrə asfalt-beton örtüyünün aşınma qatı səviyyəsinədək, 39-60 km hissəsində isə bir istiqamətdə asfalt-beton örtüyünün 1-ci qatı səviyyəsində tikinti işləri aparılıb. 60-73.5 km hissəsində torpaq yatağının, süni qurğuların və körpü keçidlərinin tikintisi işləri davam etdirilir.
Magistralın 18.5 km-lik 4-cü (layihə üzrə 73.5-92 km) hissəsinin 73.5-81 km-də bir istiqamətdə asfalt-beton örtüyünün birinci qatı tikilib. Yolun 81-92 km-də isə torpaq yatağının, yol ötürücü və drenaj boruların, körpülərin tikintisi işləri görülüb.
Ümumilikdə yolun 29.9-92 km-lik hissəsində suötürücü və ehtiyat boruların tikintisi yekunlaşdırılıb, torpaq yatağının, drenaj qurğuların, körpülərin tikintisi və yol geyimi işləri 86.4% yerinə yetirilib. Paralel olaraq yolun bütün hissələrində ödəmə və yükə nəzarət məntəqələrinin tikintisi işləri davam etdirilir.
Yeni magistralın 58 km-lik 5-ci (layihə üzrə 92-150 km) hissəsi üzrə isə suötürücü və drenaj qurğuların, alt və ehtiyat keçidlərin tikintisi işləri başa çatdırılıb, yol geyiminin, ödəmə və yükə nəzarət məntəqələrinin tikintisi, yol avadanlıqlarının, mühafizə çəpərlərinin quraşdırılması, nişanlama və işıqlandırma işləri davam etdirilir.
5-ci hissənin ilk 34 km-də qazma və dolğu işləri tamamlanıb, yol geyimi işləri, yəni hamarlayıcı lay, yol əsasının alt layı və əsas layın tikintisi işləri yekunlaşdırılıb, həmçinin asfalt-beton örtüyün aşınma layı 100% həcmində inşa edilib. Yolun 24 km-lik hissəsində isə asfalt-beton örtüyü aşınma layı da daxil döşənməsi bir istiqamətdə artıq başa çatdırılıb.
Yeni inşa edilən 150 km-lik magistral yolboyu 55 yol ötürücüsü və körpü, 44 yolatı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü boru inşa edilir.
Cari ildə tikintisinin yekunlaşdırılması planlaşdırılan yeni magistral avtomobil yolu nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına şərait yaradacaq.
Yol-xeber.az" xəbər verir ki, Kəlbəcər rayonunda müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək üçün yolların qardan təmizlənməsi istiqamətində bir an belə fasilə olmadan işlər aparılır.
YOLUNUZ AÇIQ OLSUN...
Magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.
Bu istiqamətdə M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu, 46,9-cu km-də yerüstü piyada keçidinin inşası sürətlə davam etdirilir.
Layihə üzrə keçidin uzunluğu 38.4 metr, daxili eni 3.3 metr, pilləkənlərin eni 3 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edən keçid orta dayaqlı metal konstruksiyadan ibarətdir. İki giriş-çıxışlı olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq.
Hazırda keçiddə məhəccər və pilləkənlərin tikintisi aparılır. Ümumilikdə tikinti-quraşdırma işləri 85% başa çatdırılıb.
Belə ki, avtomobil yolunun hər iki tərəfində piyada keçidinin dayaqları quraşdırılıb, metal konstruksiyanın quraşdırılma işləri aparılıb.
Beynəlxalq standartlara cavab verəcək müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Qeyd edək ki, tədbirlər planına uyğun olaraq Agentlik tərəfindən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-lik hissəsində də yeni piyada keçidinin inşası aparılır.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları birləşdirən 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir.
Layihə üzrə yolun son 7 km-lik hissəsində 3 viaduk (dərə üzərində körpü) və 3 tunelin tikintisi üzrə əsas işlər yekunlaşıb. Hazırda həm viaduklarda həm də tunellərdə son tamamlanma işləri icra olunur. Viadukların tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib.
Sözügedən 3 viaduk (şərti – V6, V7 və V8 viadukları) Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 78.7-79.7-ci km-lik hissəsində inşa olunub. V6 viadukun ortalama uzunluğu 345 metr (sol-300 m, sağ-390 m), V7 viadukun ortalama uzunluğu 182.5 metr (sol-175 m, sağ-190 m), V8 viadukun ortalama uzunluğu 392.5 metrdir (sol-410 m, sağ-375 m).
Tikintisi yekunlaşan 3 tunel isə (şərti – T4, T5 və T6 tunelləri) yolun 77.4-80.3-cü km-lik hissəsində inşa olunub. T4 tunelinin ortalama uzunluğu 540 metr (sol-570 m, sağ-510 m), T5 tunelinin ortalama uzunluğu 455 metr (sol-431 m, sağ-476 m), T6 tunelinin ortalama uzunluğu 513 metrdir (sol-526 m, sağ-500 m).
Layihə üzrə yolun sözügedən hissəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 4 dairəvi suötürücü boru, 10 düzbucaqlı su keçidi, 1 alt keçid və 3 ehtiyat keçidi inşa edilib.
“İnşaat Norma və Qaydaları”na uyğun layihə çərçivəsində yol oxunun keçdiyi qazma hissələrdə yamacın dayanıqlığının saxlanılması üçün ümumi uzunluğu 6150 metr olan daş və geodivarın, həmçinin drenaj kanallar üçün ümumi uzunluğu 12210 metr beton küvetlərin tikintisi, aşınma layına qədər asfalt-beton örtüyünün döşənməsi işləri də yekunlaşıb.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun digər hissələri üzrə tikinti işləri tərtib olunmuş qrafikə uyğun sürətlə və keyfiyyətlə davam etdirilir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
BÜTÜN YOLLAR QARABAĞA APARIR…
"Yol-xeber.az" xəbər verir ki, Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam edir.
Hazırlanan layihənin icrası ilə, Muğanlı-İsmayıllı-Qəbələ yolunun uzunluğu yenidənqurma nəticəsində 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.
Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulması layihəsi çərçivəsində ilk 14 km-lik hissə geoloji və hidrogeoloji cəhətdən daha mürəkkəb və sürüşmələrə ən çox məruz qalan hissəsi hesab olunur. Bu üzdən yolun uzunömürlü və davamlı olması üçün sürüşməyə qarşı görülən tədbirlər çərçivəsində 4 ərazidə ümumi uzunluğu 4 km olan svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və digər mühəndis işlərinin icrası aparılır.
Yolun ilk 2 km-lik ərazisi Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə inşa edilir. Nəticədə Ağsuçayınadək və sonrakı hissədə yol yeni istiqamət üzrə yeni Ağsuçay körpüsü və tunel hesabına 2.5 km qısalır.
Hazırda layihənin ilk 7 km-lik hissəsində texnoloji ardıcıllığa uyğun şəkildə torpaq işləri, qazma, əks-dolğu, yol yatağının tikintisi yerinə yetirilir. Həmçinin mühəndisi qurğular, ümumi uzunluğu 180 m-dən çox olan dairəvi və düzbucaqlı suötürücülər inşa olunur.
Layihənin başlanğıcında mövcud yolla kəsişmədə nəzərdə tutulan dairənin və dairədən Muğanlı istiqamətində olan yeni yolun tikintisi davam edir, bu hissədə ərazidə suların yolun altından ötürülməsini təmin etmək məqsədi ilə düzbucaqlı suötürücülərin inşası da aparılır.
Layihə çərçivəsində ərazidə mövcud qruntun qazılaraq layihə səviyyəsinə endirilməsi və yamacların eroziyadan mühafizəsi üçün bərkitmə işləri görülür. Bunun üçün yamaclara xüsusi material sərilir, yaşıllıqların yaradılması üçün üzərinə lazımi qalınlıqda münbit torpaq qatı verilməsi davam edir.
Yolun 1-3-cü km-lik hissəsində sürüşməyə qarşı, qruntun dayanaqlığının təmin olunması məqsədi ilə svay bərkitmə və beton rigellərin inşası işləri, həmçinin qruntun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə xüsusi sement məhlulunun təzyiqlə14 metr dərinlikdə qrunta vurulması işləri aparılır.
Layihələndirilən yolun 4.5-ci km-də Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1200 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpü inşa edilir. Körpünün dayaqlarında qazma və svay bərkitmə işləri, svayların bütövlük və statik testləri, həmçinin dayaqların bəzilərində bünövrələrin tikintisi aparılıb. Hazırda körpünün gövdə dayaqlarının inşası icra olunur.
Yolun Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 884 metr olan tunellə keçilməsi nəzərdə tutulur. Bu hissədə tunelin giriş portalın inşası yekunlaşıb, çıxış portalın tikintisi davam edir. Burada qazma işləri, həmçinin svay bərkitmə işləri aparılır, ərazidə relyef sürüşməyə meyilli olduğu üçün giriş portalının xüsusi troslar vasitəsi ilə qrunta bərkidilməsi işləri yekunlaşmaq üzrədir. Tunelin giriş və çıxış hissələrində də xüsusi material sərilməklə yamaclar bərkidilir.
Layihənin 55.5-76.6 km-lik Qəbələ hissəsində hazırda istinad divarları və körpülərin inşası işləri davam etdirilir.
Ümumilikdə yeni layihə üzrə 1 tunel, 1-i asma körpü olmaqla 8 böyük və 5 kiçik körpü də layihələndirilib. Belə ki, Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. Ağsuçay, Gülyançay və Dəmiraparançay çayları üzrəində yerləşən 3 körpü isə trassanın dəyişdirilmiş yeni oxu üzərində 4 zolağa uyğun yenidən layihələndirilib. Bundan başqa yol boyu kiçik dərələr üzərində yerləşən 5 körpü sökülüb yeni boru şəkilli kiçik körpülərlə əvəzlənir. Artıq Gülyançay və Qurudərə çayları üzərində körpülərin tikintisi yekunlaşıb. Digər körpülərin inşası üzrə işlər müxtəlif mərhələlərdə olmaqla aparılır.
Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.
YOLUNUZ AÇIQ OLSUN...
"Yol-xeber.az" xəbər verir ki, Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-ci km-dən ayrılan Təzəkənd avtomobil yolunun yenidən qrulması işlərinə start verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulan yolun uzunluğu 3 km, eni ortalama 8 metr təşkil edir.
Torpaq əsaslı və çınqıl örtükdən ibarət olan sözügedən yol uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğundan yolboyu əmələ gələn çalalar, çökmələr və qabarmalar istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlərə səbəb olurdu. Artıq bu problemlər geridə qalır.
Belə ki, hazırda IV texniki dərəcəyə uyğun yenidən qurulan avtomobil yolunda qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yolun müəyyən hissəsində əsasın alt layının hamarlanması işləri görülür.
Aparılan işlər çərçivəsində marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir. Daha sonra "İnşaat Norma və Qaydaları"na əsasən, yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.
Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edəcək.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Texnoloji ardıcıllığa uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işləri kənd əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla bərabər, yük və sərnişin daşımasını da asanlaşdıracaq.
Tərtib olunmuş qrafikə uyğun işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
YOLUNUZ AÇIQ OLSUN…