d

Yol-xeber.az" xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikintisi sürətlə və keyfiyyətlə davam etdirilir. 

Magistral yol layihəsinin tikintisi 5 hissə üzrə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.  

Qeyd edək ki, magistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə (layihə üzrə 0-29.9 km) tikinti işləri sona çatdırılıb. Layihə üzrə körpü və yol ötürücüsü, yolaltı keçid, müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında beton baryerlərin tikintisi, həmçinin ödəmə məntəqələrinin və yol avadanlıqlarının quraşdırılması üzrə işlər başa çatdırılıb. 

Yeni magistral yolda aparılan işlər çərçivəsində 23.5 km-lik 2-ci (layihə üzrə 29.9-53.5 km) və 20 km-lik 3-cü (layihə üzrə 53.5-73.5 km) hissələri üzrə torpaq yatağının tikintisi, süni qurğularda, körpülərdə və yol qovşaqlarında tikinti-quraşdırma işləri, yol geyiminin əsas laylarının tikintisi işləri yerinə yetirilib. Yolun 36-39 km hissəsində hər iki istiqamət üzrə asfalt-beton örtüyünün aşınma qatı səviyyəsinədək, 39-60 km hissəsində isə bir istiqamətdə asfalt-beton örtüyünün 1-ci qatı səviyyəsində tikinti işləri aparılıb. 60-73.5 km hissəsində torpaq yatağının, süni qurğuların və körpü keçidlərinin tikintisi işləri davam etdirilir.

Magistralın 18.5 km-lik 4-cü (layihə üzrə 73.5-92 km) hissəsinin 73.5-81 km-də bir istiqamətdə asfalt-beton örtüyünün birinci qatı tikilib. Yolun 81-92 km-də isə torpaq yatağının, yol ötürücü və drenaj boruların, körpülərin tikintisi işləri görülüb.

Ümumilikdə yolun 29.9-92 km-lik hissəsində suötürücü və ehtiyat boruların tikintisi yekunlaşdırılıb, torpaq yatağının, drenaj qurğuların, körpülərin tikintisi və yol geyimi işləri 86.4% yerinə yetirilib. Paralel olaraq yolun bütün hissələrində ödəmə və yükə nəzarət məntəqələrinin tikintisi işləri davam etdirilir. 

Yeni magistralın 58 km-lik 5-ci (layihə üzrə 92-150 km) hissəsi üzrə isə suötürücü və drenaj qurğuların, alt və ehtiyat keçidlərin tikintisi işləri başa çatdırılıb, yol geyiminin, ödəmə və yükə nəzarət məntəqələrinin tikintisi, yol avadanlıqlarının, mühafizə çəpərlərinin quraşdırılması, nişanlama və işıqlandırma işləri davam etdirilir. 

5-ci hissənin ilk 34 km-də qazma və dolğu işləri tamamlanıb, yol geyimi işləri, yəni hamarlayıcı lay, yol əsasının alt layı və əsas layın tikintisi işləri yekunlaşdırılıb,  həmçinin asfalt-beton örtüyün aşınma layı 100% həcmində inşa edilib. Yolun 24 km-lik hissəsində isə asfalt-beton örtüyü aşınma layı da daxil döşənməsi bir istiqamətdə artıq başa çatdırılıb. 

Yeni inşa edilən 150 km-lik magistral yolboyu 55 yol ötürücüsü və körpü, 44 yolatı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü boru inşa edilir. 

Cari ildə tikintisinin yekunlaşdırılması planlaşdırılan yeni magistral avtomobil yolu nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına şərait yaradacaq. 

YOLUNUZ AÇIQ OLSUN...


d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d

Xəbər lenti