|
Ukrayna Radasında baş tutan iclas zamanı deputatlardan biri smartfonda oyun oynayan zaman kameranın obyektivinə yaxalanıb.
Axar.az xəbər verir ki, görüntülərdən Yevgeni Baliçki adlı deputatın “Simsiti” adlı simulyator oyunu ilə məşğul olduğu aydın olur.
Qeyd edək ki, sözügedən oyunda məqsəd müəyyən bir şəhərin yaradılması və onun infrasturkturunun inkişaf etdirilməsidir.