“Toyota” Çindəki fəaliyyətini dayandırır
“Toyota” Çindəki fəaliyyətini ilkin olaraq fevralın 17-dən etibarən bərpa etməyə hazırlaşır

Yaponiyanın məşhur avtomobil istehsalçısı “Toyota” koronavirusun yayılmasına görə fevralın 10-dan Çindəki zavodlarının fəaliyyətini dayandıracaq.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, şirkətin yaydığı press-relizdə yerli və regional hökumətlərin tövsiyələrinin, ehtiyat hissələrin tədarükü və logistikanın nəzərə alınaraq bu qərarın qəbul edildiyi göstərilib.

“Toyota” Çindəki fəaliyyətini ilkin olaraq fevralın 17-dən etibarən bərpa etməyə hazırlaşır.

 

Şirkət həmçinin yerli hökumət orqanlarının işini asanlaşdırmaq üçün yeni növ virusun daha çox təsir etdiyi ərazilərdə yaşayanlara yardım kampaniyasına qoşulacağını açıqlayıb. “Toyota” qoruyucu maskalar, işçilər üçün bioloji təhlükəsizlik kostyumları, dezinfeksiyaedici maddələr göndərəcək.

Qeyd edək ki, “Toyota”nın Çində avtomobil və ehtiyat hissələr istehsalı üzrə 12 zavodu var.

Əlavə edək ki, fevralın 7-si səhər saatlarına qədər Çində 31 211, digər ölkələrdə isə 220-dən çox koronavirusa yoluxma halı təsdiqlənib, 638 nəfər virusdan ölüb, 1 540-dan çoxu sağalıb.

02 May 2025 Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər
01 May 2025 Bu türk ölkəsində qiyabi təhsil ləğv edilir - Azərbaycanda isə...
01 May 2025 Ərdoğandan Trampa OD KİMİ SÖZLƏR: Netanyahunu DAYANDIR, yoxsa...!
01 May 2025 “Trilyon dollarlıq müqavilə”: ABŞ Ukraynanın taleyinə ortaq olur?
01 May 2025 Putin hiyləgər insandır - Tramp
01 May 2025 Kavelaşvilini Bakıdan İrəvana aparan səbəb - yeni gəlişmə
01 May 2025 Ərdoğan-Netanyahu görüşü Bakıda baş tuta bilər
01 May 2025 İsraildə meşə yanğınları davam edir - 17 yaralı - Video
01 May 2025 Ərdoğan vətəndaşlarla kafedə - Video
01 May 2025 Tramp Putindən üz çevirmək üzrədir: ABŞ Rusiyanı “təhdid atəşi”nə tutdu
30 Aprel 2025 Şok iddia: Şimali Koreyadan 600 əsgər Ukrayna müharibəsində həlak olub!
30 Aprel 2025 Bakıya gələn Netanyahuya Türkiyədən BÖYÜK JEST
30 Aprel 2025 Çin ABŞ-a meydan oxudu: "Ticarət savaşında sonadək döyüşəcəyik"
30 Aprel 2025 Ukraynalı jurnalistin gözünü oyub, beynini çıxartdılar - Atası fəryad edir
30 Aprel 2025 Pakistan qoşunların döyüş hazırlığını gücləndirib - KİV
30 Aprel 2025 “İmamoğlu işi” ilə bağlı daha 18 nəfər həbs edildi
30 Aprel 2025 Budəfəki görüşləri də diqqət çəkdi - Video - Fotolar
30 Aprel 2025 Netanyahu 4 gün Bakıda qalacaq – Səfərin DETALLARI
29 Aprel 2025 “İstanbul üçün vaxt daralır” – Professor Naci Görürdən 7.5-lik dəhşətli zəlzələ xəbərdarlığı
29 Aprel 2025 ABŞ-a heç bir güzəştə getməyin – Çindən çağırış

Xəbər lenti