|
Vladimir Putin və Donald Tramp hər nə istəsələr müzakirə edəcəklər.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Onlar həm Ukraynanı, həm Suriyanı müzakirə edəcəklər. Onlar nə haqda istəsələr, o haqda da danışacaqlar və danışırlar”, - deyə XİN rəhbəri bildirib.
Qeyd edək ki, 16 iyulda Helsinkidə liderlərin görüşü gözlənilir.