|
Oxu.az xəbər verir ki, qanda oksigenin doyma səviyyəsinin pis olmasına baxmayaraq, bu simptomlu xəstələr sağlam görünür.
Nyu-Yorkda işləyən həkim Ruben Streyer koronaviruslu xəstələrin bu vəziyyətdən təəccübləndiklərini deyir:
“Monitorda gördüklərimizlə xəstənin görünüşü arasında böyük bir uyğunsuzluq müşahidə edirik”.
Sağlam insanların qanında oksigenin doyma səviyyəsinin ən az 95 faiz olduğunu xatırladan mütəxəssis Elnara Marsia Neqri COVID-19 xəstələrində bu səviyyənin 80, 79 və hətta 50 faizə düşməsinə baxmayaraq, sağlam görünə bildiyini qeyd edib.