|
Əfqanıstanın Qəzni vilayətində baş verən partlayış nəticəsində 7 nəfər həlak olub, 40 nəfər yaralanıb.
“Qafqazinfo” “Tolo News”a istinadən xəbər verir ki, partlayış bomba yüklü bir avtomobil vasitəsilə Qəzni vilayətinin Milli Təhlükəsizlik İdarəsi binasının yaxınlığında törədilib. Ölənlərin əksəriyyətinin MİT-nin əməkdaşları olduğu bildirilib.
“Taliban” qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.