|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində rəsmi Moskvanı Baş nazir Dmitri Medvedyev təmsil edəcək.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya hökumətinin mətbuat xidməti yayıb.
Qeyd edək ki, Ərdoğanın andiçmə mərasimi iyulun 9-da keçiriləcək. Rusiyanı mərasimdə Medvedyevlə bərabər Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinvoski də təmsil edəcək.