|
Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 335 nəfər artaraq 5606-ya çatıb.
Bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.
Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 3 nəfər artaraq 70-ə çatıb. Ümumilikdə 2 581 pasiyent müalicə olunaraq sağalıb.
2 928 xəstənin müalicəsi davam etdirilir, 45 822 insan isə koronavirus testindən keçib.
Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.