|
Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) Böyük Millət Məclisinin sədri vəzifəsinə namizədini müəyyənləşdirib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb. Məlumata görə, AKP sözügedən vəzifəyə ölkənin sabiq və sonuncu baş naziri Binəli Yıldırımın namizədliyini irəli sürüb.
Qeyd edək ki, Türkiyə parlamentinin yeni sədrinin adı iyulun 12-də keçiriləcək səsvermədə müəyyənləşəcək. Məclis sədri seçilmək üçün 600 deputatdan 400-nün səsini qazanmaq lazımdır. Əgər I və II turda parlament sədrini seçmək mümkün olmasa, onda III tur keçirilir. Bu mərhələdə 301 deputatın dəstəyini qazanan şəxs Böyük Millət Məclisinin sədri seçilir.