|
Dünyayı cənginə alan koronavirusun yayıldığı Çində bu gün 16 yeni yoluxma halı aşkarlanıb. Ölkədə son 3 həftədə ən yüksək göstəricinin bu gün olduğu məlum olub. Çin səhiyyəsinin verdiyi açıqlamaya görə 16 nəfərdən 11-i Siçuan bölgəsində qeydə alınıb. Yoluxanların hər biri xarici ölkələrə səyahət etmiş şəxslərdir.