|
Yunanıstan həddini bilməsə, Türkiyənin nə edəcəyi bəllidir.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yunan nazirin təhdidlərinə cavab olaraq deyib.
“Yunanıstan dinc dayanmır, Türkiyəyə söz atır. Türkiyəyə bu cür atmaca atılarmı? Bir az sözlərinə diqqət et! Həddini bilməsən, Türkiyənin nə edəcəyi bəllidir. Cənubi Kiprdə iki məscidimizlə bağlı provokasiyaya cəhd edib, yandırmağa çalışdılar! Bir tərəfdə yunan bayrağı, digər tərəfdə əski asırlar. Etdikləriniz qarşılıqsız qalacaqmı?!” – deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Yunanıstanın Müdafiə naziri Nikos Panagiotopoulos açıqlamasında ölkənin maraqları naminə lazım gələrsə Türkiyə ilə müharibəyə hazır olduqlarını söyləmişdi. /Axar.az/