|
Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın qardaşı Levon Sərkisyan və qızı Ani axtarışa verilib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Xüsusi İstintaq Xidməti yayıb. Məlumata görə, məhkəmənin qərarı ilə Levon Sərkisyan barəsində həbs qətimkan tədbiri seçilib. Ani Sərkisyan və onun qardaşı Narekdən başqa yerə getməmək haqqında iltizam alınıb.
Qeyd edək ki, iyunun 29-da Ermənistanın Dövlət Gəlirlər Komitəsinin İstintaq İdarəsi Narek Səkisyanın evində apardığı axtarışlar nəticəsində Levon və Ani Sərkisyanın adına olan 6,8 milyon dollarlıq bank əmanətlərinə dair sənədlər tapıb.