|
Çin xüsusi xidmət orqanları Almaniya deputatlarını təsir dairəsinə salmağa çalışıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Suddeutşe Zeitunq” qəzeti özünün Almaniya əks-kəşfiyyatındakı mənbələrinə istinadən yayıb.
“Çin artıq siyasi casusluq məsələsində aqressiv addımlar atmağa başlayıb. 2016-cı ildə Almaniya deputatlarından biri “Linkedİn” sosial şəbəkəsi vasitəsilə Ceyson Van adlı şəxslə tanış olub. Bu şəxs deputatdan 30 min avro qarşılığında müxtəlif siyasi analitik yazılar yazmasını istəyib. Bundan sonra Almaniya kəşfiyyatı deputata xəbərdarlıq göndərərək, Van ləqəbinin arxasında Çin xüsusi xidmət orqanlarının dayandığını bildirib. Məhz bu ləqəb adı altında Çin kəşfiyyatı alman deputatlarından birinin müavini ilə əlaqə saxlayaraq, onu Çinə səfər etməyə razı sala bilib”, - qəzet bildirib.