|
Media 7 il ərzində yox olacaq.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp şəxsi Tvitter hesabında yazıb. O, ABŞ-da fəaliyyət göstərən bəzi qəzetləri sərt şəkildə tənqid edib:
“Tvitter rekord sürətlə saxta profillərdən azad olur. “Nyu York Tayms”, təbliğat maşını “Amazon” və davamlı olaraq anonim mənbələrə istinad edən “Vaşinqton Post”. Fikrimcə, belə mənbə heç vaxt olmayıb. 7 il ərzində iş həyatından kənarda qalacaq”.