|
Cənubi Koreyada minlərlə qadın ictimai yerlərdə gizli kameralarla foto və videolarının çəkilməsinə etiraz edib.
Axar.az xəbər verir ki, paytaxt Seulda toplaşan qadınlar gizli şəkildə çəkiliş edənlərə, bu görüntüləri internetdə paylaşanlara və izləyənlərə ağır cəza verilməsini tələb ediblər.
Təşkilatçılar etirazlara 55 min nəfərin qatıldığını desə də, polis iştirakçı sayının 20 min olduğunu bildirib.