İŞİD Ayasofya məscidə çevriləndən sonra təxribata cəhd edib

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu İŞİD-in Ayasofya məscidində təxribat planlaşdırdığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Soyludan müsahibə alan türk siyasi təhlilçi Əbdülqədir Səlvi son məqaləsində yazıb.

“İŞİD terror təşkilatı İstanbulda Ayasofya məscidi və bir sıra iqtisadi yerlərə, dərnəklərə qarşı, ümumilikdə isə Türkiyədə çaxnaşma yarada biləcək yerlərlə bağlı təxminən 1-1,5 aydır ki, təşkilat daxilində hazırlıq aparırdı. Polis və kəşfiyyat orqanlarımız məlumat daxil olandan sonra izlədi. Türkiyədəki bir sıra hədəflər üzərində çalışdılar. İlk öncə 18 avqustda İstanbulda Hüseyn Sağır adlı şəxs təxribat hazırlığı edərkən üzərində “Kalaşnikov” silahı ilə saxlanıldı. 20 avqustda isə həmin şəxsin izləri ilə İŞİD-in Türkiyə üzrə əmiri Mahmut Özdən saxlanıldı”,- deyə Soylu bildirib.

Səlvinin İŞİD-in niyə Ayasofyanı hədəf aldığı sualına cavabında DİN rəhbəri bunun terror təşkilatının arxasında dayanan kəşfiyyat orqanları ilə əlaqəli ola biləcəyini bildirib.

“1934-cü ildən muzey olaraq fəaliyyət göstərən Ayasofya 86 il sonra – bu ilin 24 iyulunda məscid olaraq ibadətə açıldı. Radikal terror təşkilatı olan İŞİD Ayasofya muzey olduğu zamanlarda onunla maraqlanmırdı, bəs muzeyə çevriləndən sonra onu niyə hədəfə alsın? Sizcə də çox maraqlı deyil? İŞİD radikal bir təşkilatdırsa, Ayasofya ilə maraqlanmamalıdır. Türbələri hədəf ala bilər. Özünün fərqli bir baxış bucağı ola bilər və həmişə olub. Türbələrlə bağlı da təxribat cəhdləri olub. Ancaq Ayasofya ilə bağlı iddiaları irəli sürmələrini, İŞİD-in arxasındakı şəbəkəni yaxşı araşdırmaq lazımdır. Hansı kəşfiyyat təşkilatları İŞİD-ə təsir etməyə davam edir? Bunu çox yaxşı araşdırmaq lazımdır”,- deyə nazir qeyd edib.

Bununla yanaşı, Soylu müsahibəsində İŞİD-in türk siyasətçiləri və dövlət adamlarını qaçırmağı planlaşdırdığını da açıqlayıb. Əməliyyatlar davam etdiyi üçün  daha ətraflı məlumat verməyən DİN rəhbəri terrorçuların yüksək vəzifəli şəxsləri Suriyaya qaçırmaq planlarının olduğunu bildirib.

Qeyd edək ki, iyulun 10-u Türkiyə Ali Məhkəməsi Ayasofya məbədinin muzey statusunun ləğv edilməsi və məscidə çevrilməsi ilə bağlı qərar verib, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə qərarı təsdiqləyib.

 

 

 
15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu

Xəbər lenti