|
Azərbaycanın “Qarabağ” klubunun qapıçısı İbrahim Şehiç Çempionlar Liqasında qurtarışların sayına görə birincidir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə UEFA-nın rəsmi saytında məlumat verilir.
Beş turdan sonra onun hesabında 27 “seyv” var.
İkinci yerdə “Maribor”un qapıçısı Yasmin Handanoviç (25 “seyv”) qərarlaşıb. Üçüncü və dördüncü yerləri komandalarını 24 dəfə qoldan xilas edən “Şaxtyor”un qapıçısı Andrey Pyatov və MOİK-ın qolkiperi İqor Akinfeyev bölüşdürürlər.
İlk beşliyi 22 “seyv”lə “Tottenhem” klubunun qapıçısı Uqo Loris bağlayır.