|
ABŞ-ın keçirilən görüşlərdə denuklearizasiya ilə bağlı qoyduğu tələblər tamamilə ədalətlidir.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
“Əgər bu tələblər qanqsterlikdirsə, demək bütün dünya da qanqsterdir. Çünki BMT TŞ-da nəyin əldə olunması barədə səs çoxluğu ilə qəbul edilmiş qərar mövcuddur”, - Pompeo bildirib.
Xatırladaq ki, Şimali Koreya XİN ABŞ-ın nüvəsizləşdirmə tələblərinin birtərəfli mənfəətə söykəndiyini açıqlamışdı.