|
Vladimir Putinlə Donald Trampın görüşü ultimatumlar üçün deyil, dialoqa qayıtmaq üçün lazımdır.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov deyib.
“Tramp-Putin görüşündə kimlərsə şərt və tələblərin irəli sürüləcəyini düşünürsə, onlar sadəcə bu görüşün mahiyyətini anlamır. Tələb və ultimatumlar üçün görüş lazım deyil. Görüş dialoqun bərpası üçün gərəkdir”, - deyə Puşkov bildirib.
Qeyd edək ki, 16 iyunda Helsinkidə Putinlə Trampın görüşü gözlənilir.