|
Rusiyada 15 yüksək rütbəli zabit vəzifəsindən azad edilib.
Oxu.Az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İstintaq Komitəsi və Cəzaların İcrası Federal Xidmətində çalışan 15 general işdən çıxarılıb.