|
İran Almaniya banklarından birindəki hesabından 300 milyon avro nağd pul çıxartmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Bild” qəzeti yayıb. Pulların təyyarə ilə İrana göndərlicəyi bildirilib.
Rəsmi Tehranın belə addım atmasına əsas səbəb kimi ABŞ sanksiyaları göstərilib.
“Bu pullar İran vətəndaşlarına vermək üçün lazımdır. Belə ki, İran vətəndaşlarının kredit kartlarının xaricə səfərləri zamanı qapalı olması onların nağd şəkildə avro əldə etmələrinə ehtiyac yaradıb”, - məqalədə bildirilib.