Əlcəzairli tarixçi Ali Farid Belkadi 2010-2011-ci illərdə Fransa və Avropanın aparıcı zəfər (heyday) günü muzeylərində araşdırma aparıb.

Tarixçi həmin muzeylərdə 68 əlcəzairliyə məxsus kəllə sümüyü aşkarlayıb.

Qeyd etmək lazımdır ki, ümumilikdə  “l'Homme in Trocadéro” muzeyində 18000 kəllə sümüyü var və bu kəllə sümüklərinin əksəriyyəti ictimaiyyətə açıq deyil. Məsələ, ictimailəşdikdən sonra Fransa prezidenti Emmanuel Makron 24 kəllə sümüyünün 3 mart 2020-ci ildə Əlcəzairə qaytarılmasına razılıq verib və onlar qaytarılıb. Muzeydə 150 ildən artıq nümayiş etdirilən bu kəllə sümükləri arasında fransız işğalına qarşı xalq müqavimətində iştirak edən altı liderə məxsus qalıqlar da var. 

Məlumat üçün bildirmək lazımdır ki, həmin liderlər arasında Cürdjura bölgəsindəki “Çerif Boubeghla” ləqəbini daşıyan məşhur üsyanın təşəbbüskarı kimi tanınan Məhəmməd Ləmzad ben Abdelmalek və fransız zülmünə qarşı Əlcəzairdə Zaatçalar üsyanının lideri Əhməd Bouziane də var.

Hal-hazırda Əlcəzair xalqının müstəmləkəçiliyə qarşı vuruşan simalarından 12 nəfərin kəlləsi sözügedən muzeydə saxlanılır.

İddialara görə 18000 kəllənin mütləq əksəriyyəti Fransanın tarix boyu müharibələrdə qalib gəldiyi döyüşlərdən qənimət kimi saxlanılanlardır. İnstitut rəhbəri isə kəllələri antropoloji məqsədlər üçün saxladıqlarını iddia edir.

Eyni qayda ilə sözügedən muzey 21 Maori döyüşçüsünün kəlləsini Yeni Zelandiyaya qaytarıb. Maorilərlə bağlı analoji addımı Almaniyada atıb.

Digər tərəfdən Almaniyada Prussiya Mədəni İrs Vəqfinin Afrikadan gətirilmiş mindən çox insan kəlləsi topladığı kolleksiya var.

Bunlardan əlavə, 1881-1914 illərdə Afrikadan minlərlə insanın qalıqları (xüsusilə ilə kəllələr) müharibə qəniməti kimi Avropaya gətirilib. Avropanın müstəmləkə dövlətləri Fransa, Belçika, İspaniya, İtaliya, İngiltərə və Portuqaliya bunu sırf Afrika dövlətləri üzərində hərbi üstünlüklərini və Afrika xalqının şiddətlə tabe edilməsinin nümayiş etdirmək üçün edirdilər. 

 

 

Ədəbiyyat siyahısı:

//www.francetvinfo.fr/culture/patrimoine/histoire/cranes-de-combattants-au-musee-de-l-homme-l-algerie-demande-la-restitution_3294225.html

//www.lemonde.fr/afrique/article/2020/07/03/la-france-remet-a-l-algerie-24-cranes-de-resistants-decapites-au-xixe-siecle-et-entreposes-a-paris_6045108_3212.html

//afrotribune.com/lalgerie-reclame-36-cranes-de-independantistes-a-france/

//www.quora.com/Why-does-France-still-keep-18-thousand-trophy-skulls-belonging-to-rebels-from-her-former-colonies-in-her-Mus%C3%A9e-de-lHomme-in-Paris-What-do-you-think-of-this-barbaric-French-practice

//theculturetrip.com/europe/germany/berlin/articles/germanys-controversial-collection-of-skulls-from-africa/ 

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti