ABŞ-da türk restoranına hücum edən ermənilər 15 il həbs oluna bilər

Ötən il Kaliforniyanın Los-Anceles şəhərində bir türk restoranına edilən hücumda iştirak edən iki erməni əsilli ABŞ vətəndaşlarına qarşı məhkəmə prosesi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, 23 yaşlı Uilyam Stepanyan və 23 yaşlı Harutyun Qarri Çalikyana qarşı 6 ittiham irəli sürülüb.

Məhkəmənin rəyinə görə, Stepanyan 4 noyabr səhəri telefonundan “türkləri ovlamağı” planlaşdırdığına dair bir mesaj göndərib. Elə həmin gün o, Çalikyanla görüşüb.

Restorana hücumda iştirak edən müttəhimlərdən biri qonaqları bu sözlərlə hədələyib: “Səni öldürməyə gəldik, səni öldürəcəyik”.

Hücum nəticəsində bir neçə nəfər yaralanıb. Restorana 20.000 dollar ziyan dəyib. Bundan əlavə, restoran müvəqqəti olaraq bağlanmalı olub və bu da öz növbəsində böyük itkilərə səbəb olub.

Prokuror müttəhimlərə 15 il həbs cəzası verilməsini tələb edir.

Xatırladaq ki, Beverli Hillsdə yerləşən “İstanbul Cafe” restoranına hücum 4 noyabr axşamı baş verib. Hücumda 6-8 nəfərlik bir qrupun iştirak etdiyi bildirilir. Videogörüntülərdən cinayətkarların təxminən 20-30 yaşlarında olduğu görünür. Hücum zamanı cinayətkarlar mebel, avadanlıq və digər əşyalara ciddi ziyan vurublar.

Restoranın sahibi və işçiləri təcavüzkarların erməni dilində danışdıqlarını, onları öldürməklə hədələdiklərini və Türkiyə və Azərbaycan xalqlarına qarşı təhqiramiz ifadələr işlətdiklərini bildiriblər.

 

14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb

Xəbər lenti