![]() |
|
Belarus prezidenti Aleksandr Lukaşenko, AB-nin Minskə qarşı tətbiq etdiyi yeni sanksiyaları Qərbin "gücsüzlüyü" adlandırıb.
Yol-xeber.az lenta.ru-ya istinadən xəbər verir ki, ölkənin lideri bu ifadəni bölgələrə işgüzar səfər zamanı çıxış dilə gətirib.
“İlin sonunda bu qudurğan sanksiyalardan sonra ÜDM nə olacaq? Buna hazırlaşırdıq, nəyin təhdid edildiyini bilirdik”, - o bildirib.
O, çıxışı zamanı qeyd edib ki, baş verənlərin iş yerlərinin fəaliyyətinə təsir etməməlidir: “Sərhədin o biri tərəfindəki bu əclaflara sanksiyalarının gücsüz olduqlarını göstərməliyik. Biz bunu edəcəyik”.