|
Suriyanın İdlib şəhərində çətinləşən vəziyyətə sonsuza qədər dözmək imkansızdır, yaraqlılarla silahlı müxaliflər bir-birindən ayrılmalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
“İdlibdən Suriya ordusu mövqelərinə basqın cəhdləri edilir. Hmeymim bazamıza hücum etmək məqsədilə bölgədən çox sayda PUA göndərilir”, - Lavrov bildirib.