|
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan sentyabrın 8-də Moskvada görüşəcəklər.
Axar.az xəbər verir ki, bunu “İzvestiya” qəzetinə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, bundan öncə Paşinyanın Moskvaya səfər edəcəyi deyilsə də, tarix açıqlanmamışdı.
Bu, Paşinyanın Rusiyaya 3-cü səfəri olacaq.