|
İsrail ordusu tərəfindən başladılan əməliyyat zamanı ölkəni 35 hərbçisi narkotik alveri və ondan istifadə etmək cinayətlərinə görə həbs edilib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, həbs edilənlərin əksəriyyəti rütbəsizidir.
İstintaq zamanı bəzi mülki şəxslər də hərbçilərlə birlikdə sorğu-suala cəlb edilib. İsrail hüquq-mühafizə orqanları tərəfindən verilən məlumatda bu addımın əsgərlər arasında narkotik vasitələrin qadağan olunması üçün alınan tədbirlərin bir parçası olduğu bildirilib.
İsrailin narkotik vasitələrlə mübarizə təşkilatının (İADA) verdiyi məlumata görə, İsrail ordusu arasında narkotik vasitələrin, psixotrop maddələrin olduqca yayıldığı göstərilib.
Araşdırmada keçən il orduda qulluq edən əsgərlərin 54,3 %-nin ən az bir dəfə narkotik maddə qəbul etdiyi ortaya çıxıb.
İsrail ordusunda narkotik qəbulu keçən ilə qədər cinayət sayılır və həbs cəzası da daxil olmaqla müxtəlif sanksiyalar tətbiq edilirdi. Lakin 2017-ci ilin yanvarından bu yana bu qayda yumşaldılıb. Hərbçilərin qulluq etdiyi bazalarının xaricində ildə 5 dəfədən az olmamaq şərtilə narkotk qəbul etmələri halında onlara qarşı ancaq inzibati cəzalar verilməsi qərarlaşdırılıb.
Mütəxəssislərin fikrincə, bu qərar narkotikdən istifadə edən əsgərlərə qarşı yürüdülən istintaq xərclərindən qurtulmaq üçün verilib.