|
Qəzza və İordan çayının qərb sahili ilə bağlı aparılan danışıqlar mənasızdır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Müdafiə naziri Aviqdor Liberman deyib.
“İndiyə qədər danışıqların formasından asılı olmayaraq, heç bir nəticə əldə etməyib. İsrail öz vətəndaşlarının təhlükəsizliyi baxımından problemləri birtərəfli həll etmək haqqına sahibdir”, – deyə o bildirib.