|
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan müalicə olunmaq üçün Almaniyaya gedəcək
.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu onun vəkili Aram Orbelyan bildirib.
Aram Orbelyanın sözlərinə görə, Koçaryanın ölkədən çıxması məsələsində texniki problem var: “O, hazırda Ermənistandadır. Robert Koçaryanın ölkəni tərk etməsi məsələsində şübhəli məqamlar var və onu araşdırırıq. İstintaq orqanı şifahi olaraq, belə bir məhdudiyyətin olmadığını bildirir, ancaq bu məhdudiyyət qalmaqdadır”.