10:47

Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə geniş tərkibli görüşü Moskva-Bakı münasibətlərinin hazırkı və gələcək konturlarıdır.

 

Bu sözləri ABŞ Qulf Analitik Mərkəzinin politoloqu, doktor Teodor Karasik Soçi görüşünün nəticələri haqda Axar.az-a danışarkən deyib:

“Müxtəlif sahələrdə, o cümlədən, enerji sahəsi, qonşuluq (Ermənistan, İran) və coğrafiya (Xəzər dənizi) daxil olmaqla, bir sıra məsələlərdə Putin Əliyevin Rusiyadakı təhlükəsizlik və maliyyə qurumları ilə daha yaxın olmasını, Qafqaz və Orta Asiya boyunca əlaqələrin yenidən qurulmasını istəyir. Bütün bunların İranla birbaşa əlaqəsi olduğu fikrindəyəm. Rusiya bilir ki, İran Azərbaycana təsir etmək imkanındadır. Buna görə də Bakını müəyyən özünəməxsus orbitdə saxlamağa çalışır”, - Karasik deyib.

Politoloqun fikrincə, Ermənistan da bu baxımdan Rusiyanın maraq dairəsindədir: “Təkcə Dağlıq Qarabağın hüquqi statusuna görə deyil, həm də Ermənistanın siyasəti (Nikol Paşinyan və Robert Köçəryan arasında mübarizə) bütövlükdə Qafqaza təsir etməkdədir. Nəhayət, Qafqazda, xüsusən Azərbaycanda, eyni zamanda, Orta Asiyada Türkiyə böyük nüfuza malikdir. Rəsmi Ankara Qafqaz və Orta Asiyanın türk dövlətlərini – Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanı ortaq dil, ənənə və tarix zəminində bir araya gətirməyə çalışır. Putin əmin olmaq istəyir ki, bu yaxınlaşması Rusiyanın maraqlarının hesabına reallaşmayacaq”.

Politoloqun sözlərinə görə, Soçi görüşündə 2024-cü ilə qədər davam edəcək əməkdaşlıq proqramı və müxtəlif sahələri əhatə edən altı "yol xəritəsi" daxil olmaqla, çoxsaylı sənəd imzalandı: “Yol xəritələri arasında ticarət, qarşılıqlı investisiya siyasətinin həyata keçirilməsi, nəqliyyat, mədəni mübadilə və turizm, eləcə də neft sektorunda əməkdaşlıq daxil olmaqla, müxtəlif sahələrdə humanitar əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub”.

21 Aprel 2025 “Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
21 Aprel 2025 Papanın ölümünə görə bu oyunlar təxirə salındı
21 Aprel 2025 Roma Papası öldü
21 Aprel 2025 Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
21 Aprel 2025 Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
21 Aprel 2025 Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak oldu – Foto
21 Aprel 2025 Bu reallıqdır, NATO dağılır - Kəşfiyyatçı
21 Aprel 2025 Trampın Putinə yeni "hədiyyə"si dünyanı şoka salacaq: ABŞ Krımı niyə Rusiya ərazisi kimi tanımaq istəyir
19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 Aprel 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır

Xəbər lenti