|
Ermənistan hökuməti sabiq baş nazir Tiqran Sərkisyana qarşı istintaq başlatmaq üçün onun fəaliyyəti ilə bağlı materiallar toplayır.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “168 jam” qəzeti yazıb.
Məlumata görə, Tiqran Sərkisyana qarşı istintaq daha əvvəl başladılmalı olub. Lakin Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Yuri Xaçaturova qarşı başladılan istintaqa Rusiyanın şiddətli reaksiya verməsi bu məsələni bir qədər arxa plana atıb.