|
2010-cu ildə Suriya Prezidenti Bəşər Əsəd İsraillə sülh danışıqları aparmaq üçün ABŞ-ın keçmiş prezidenti Barak Obamaya gizli bir məktub göndərib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş dövlət katibi Con Kerri "Hər gün qeyri-adidir" adlı kitabında qeyd edib.
Kerri Əsədin Obamadan İsraillə danışıqlar aparmaq üçün vasitəçilik etməsini istədiyini bildirib.
O, rəsmi Dəməşqin İsrailin 1967-ci ildə işğal etdiyi Qolan təpələrini Suriyaya geri verəcəyi təqdirdə, bəzi güzəştlər etməyə hazır olduğunu söyləyib.
Məktubdan xəbərdar olan Netanyahu Əsədin təklifinə təəccüblənib. Bundan sonra 2011-ci ildə iki ölkə arasında danışıqlar aparılsa da, irəliləyiş əldə edilməyib.
Kerri qeyd edir ki, Vaşinqton danışıqların ciddiliyi naminə Əsəddən Hizbullaha silah verməyi dayandırmağı istəyib, ancaq qarşı tərəf sözünün üstündə durmayıb.