![]() |
|
Paşinyan inaqurasiya prosesində iştirak edən onlarla dövlətin rəsmiləri arasında yeganə xarici dövlət rəsmisi kimi hörmətsizlik nümayiş etdirib. O, inaqurasiya zamanı maskasını, tərcümə aparatını çıxararaq əlindəki telefona asılıb.
“Yol-xeber.az” xəbər verir ki, onun bu hərəkəti hətta Ermənistanda ciddi etiraza səbəb olub.
Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan Facebook səhifəsində Paşinyanın bu hərkətinə öz sərt etirazını bildirib: “Şərqdə hörmətsizliyin və pis davranışın bu cür açıq təzahürləri unudulmur və bağışlanmır”.
O qeyd edib ki, Paşinyanın İranın yeni seçilmiş prezidentinin andiçmə mərasimindəki davranışı bağışlanmaya bilər.