|
Avropa populist bir milli üsyanın tam ortasındadır və qlobal inqilab tezliklə Avstraliyaya keçəcək.
Axar.az xəbər verir ki, bu fikri ABŞ Prezidenti Donald Trampın keçmiş köməkçisi Stiv Bannon "ABC Nyus"a müsahibəsində söyləyib.
"Avstraliya populizm yuvasıdır və populist inqilab üçün yetişib", - Bannon bildirib.
O, Çinin yaratdığı təhlükədən də danışıb:
"Çin Qərb ilə iqtisadi müharibə aparan totalitar bir rejimdir. Daim beynəlxalq hüquq və qaydalardan bəhs edirlər, amma heç bir normaya əməl etmirlər. Əgər Çin ilə üzləşməsək, pis şeylər olacaq".