Milyardlarla dollar xərclənərək formalaşdırılan Əfqanıstan ordusuna qarşı qısa müddətdə üstünlüyü əldə edən Taliban ölkədə hakimiyyəti ələ keçirib. 

Xarici KİV xəbər verir ki, Talibanın müqavimətə rast gəlmədən paytaxt Kabilə daxil olması isə xaosa səbəb olub.

ABŞ prezidenti Bayden ötəngünkü açıqlamasında qüvvələrin say nisbətindən danışıb: “Əfqanıstanda yetişdirdiyimiz və yaxşı silahlanmış 300 min hərbçi vardı. Taliban isə sadəcə 75 min nəfər idi” - bu sözlər həm region ölkələrində, həm də Əfqanıstanla əməkdaşlıq edən ölkələrdə Əfqanıstan ordusun necə bu qədər tez bir zamanda məğlub olması ilə bağlı suallar doğurub. 

Məsələ ilə bağlı aparılan təhlillərdən birində qeyd olunur ki, ABŞ-dan daha çox pul qoparmaq üçün ordu daxilində xəyali batalyonlar formalaşdırılıb və bu yolla müdafiə xərcləri bəzilərinin cibbinə axıb.

Bildirilir ki, əfqan təhlükəsizlik qüvvələri kağız üzərində 300 min nəfər olsa da, ordu əslində hər zaman problemlərlə qarşı-qarşıya olub. Əfqanıstan ordusu və polis qüvvələrinin itkinlərin sayının çox olması, fərarilik və rüşvətxorluqla dolu keçmişi var. Bəzi generalların əslində mövcud olmayan və “xəyali əsgər” adlandırılan hərbi birliklərin maaşlarını mənimsədiyi iddia edilir.

Türkiyəli yazar, jurnalist Güner Cıvaoğlu da əsgərlərin sayı ilə bağlı hesablama apardığını yazıb:

“Hər biri 800 əsgər və rütbəlidən ibarət olan 46 xəyali tabor. Hesabladım, 36 800 xəyali əsgər. Əfqanıstan ABŞ-dan daha çox pul qoparmaq üçün illərdir bunu edib. Pullar böyük ehtimalla bəzilərinin cibinə gedib”, - jurnalist qeyd edib.

15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu

Xəbər lenti