|
Yunanıstan ABŞ-ın ölkədəki hərbi bazalara giriş imkanlarını artıracaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford deyib. O, Yunanıstanın Baş Qərargah rəisi Yevanqelos Apostolakisin bu barədə ABŞ-a təklif irəli sürdüyünü bildirib. Onun sözlərinə görə, Yunanıstanın etdiyi bu təklif ABŞ-a Liviya və Suriyada, eləcə də Şərqi Aralıq dənizində əməliyyatlar keçirmək üçün geniş imkanlar yaradır.