|
ABŞ Prezidenti Donald Tramp sentyabrın 26-da BMT Baş Assambleyasının sammiti çərçivəsində Təhlükəsizlik Şurasının İranla bağlı keçirəcəyi iclasa moderatorluq edəcək.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, BMT Baş Assambleyasında sentyabrın 25-də İran Prezidenti Həsən Ruhaninin çıxışı nəzərdə tutulub. Prezidentin isə sözügedən çıxışı bir günlük təxirə salacağı və məhz Trampın idarə edəcəyi iclas zamanı, yəni ayın 26-da çıxış etmək niyyətində olduğu iddia olunub.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli İran tərəfindən belə bir tələb gələcəyi halda buna mane olmayacaqlarını açıqlayıb.