Bu gün ABŞ tarixinin ən böyük terror hücumu olan 11 sentyabrdan 20 il ötür.

Yol-xeber.az xarici KİV-ə istinadla xəbər verir ki, 20 il bundan əvvəl 11 sentyabrda Nyuvark, Boston və Vaşinqtondan havalanın San Fransisko və Los Angelesə gedən 4 sərnişin təyyarəsi qaçırılıb.

ABŞ hava yollarına aid olan təyyarə yerli saatla 08:46-da əkiz qüllələrin binasına çırpılıb.
"United Ailines"a aid təyyarədə ilk hücumdan 17 dəqiqə sonra canlı yayım zamanı əkiz qüllələrin digər binasına çırplıb.

Binalar bütün dünyanın gözü önündə yerlə bir olduğu zaman qalxan "toz buludu"nun altında Əfqanıstan və İraq qaldı.

Hücumun 20-ci ili ABŞ-ın Əfqanıstanda terrorla mübarizə adı altında başlatdıı müharibəyə son verməsi, Talibanın ölkədə hakimiyyəti ələ keçirməsi ilə yadda qaldı.

O dövrdə Taliban Əl Qaidə lideri Usamə bin Ladenin onlara veilməsini istəyən ABŞ-a yox cavabı vermişdi.  Bu da ABŞ-da Buş rejiminin Əfqanstana girərək Taliban hakimiyyətini devirməsi və iqtidara Qərbə daha yaxın olan Həmid Kərzai keçməsi ilə nəticələndi.

ABŞ-da Barak Obama prezident olduğu  dövrdə - 2011-ci ildə Bin Ladenin Pakistanda gizləndiyi evdə öldürüldüyünü bütün dünyaya elan etdi.

ABŞ-ın Əfqanıstana girməsindən sonra 2003-cü ildə Buş administrasiyası 2003-cü ildə kimyəvi silah saxladığını əsas gətirərək İraqa girdi və Səddam Hüseyni devirərək edam etdi. Bu da Yaxın Şərqdə qeyri-sabitlik və qarışıqlığa səbəb oldu. Beləliklə İraq Yaxın Şərqin ən problemli ölkələrindən birinə çevrildi, İŞİD kimi yeni terror təşkilatları meydana çıxdı.

11 setnyabr terroRu ilk dəfə bu il ABŞ hərbçilərinin Əfqanıstandan çıxması ilə müharibəsiz şəraitdə anılır.

11 sentyabr "dünyanın dəyişdiyi gün" adlandırılır.

Billurə Yunus

 

 
  •  

 

15 May 2025 Zelenskiyə Rusiya ilə danışıqlar üçün İstanbulda “kölgə məsləhətçi” göndərilir
15 May 2025 Ərdoğan “Qalatasaray”ı təbrik etdi - Foto
15 May 2025 Antalyada görüşdülər - Foto
15 May 2025 İran bu şərtlə ABŞ ilə razılığa gələcək
15 May 2025 Danışıqlar 11-də başlayacaq
15 May 2025 Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır
14 May 2025 Tramp-Culani görüşünə Ərdoğan da qatıldı - Yenilənir
14 May 2025 Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayırlar - Yenilənib
14 May 2025 Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu?
14 May 2025 Abramoviç danışıqlar öncəsi Kremldə nə gəzir? - Foto
14 May 2025 Türkiyədə güclü zəlzələ olub
14 May 2025 Kremlin strateji səhvləri indi Rusiyanı vurur: Putin İstanbul masasına oturmazsa, Qərbin "fəlakət ssenarisi" işə düşəcək
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 PKK liderlərinin taleyi: Onlar ancaq bu ölkələrə gedə biləcək
13 May 2025 Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ
13 May 2025 Tramp: Belə bir hədiyyədən imtina axmaqlıq olardı
13 May 2025 Yeni Papa ilk xarici səfərini hansı ölkəyə edəcək?
13 May 2025 Trampın Yaxın Şərqə səfəri başladı
13 May 2025 Bizi bir dəfə belə aldatdılar - Zaxarova
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu

Xəbər lenti