|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında Tehranda ikitərəfli görüş keçiriləcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Uşakov görüşün iqtisadi əməkdaşlıqla və Suriya ilə bağlı olacağını söyləyib.
Qeyd edək ki, Türkiyə, İran və Rusiya prezidentlərinin iştirakı ilə 7 sentyabr tarixində Tehranda üçtərəfli Suriya sammiti baş tutacaq.