|
İran rialı dollara nisbətdə yenidən ucuzlaşıb.
Axar.az xəbər verir ki, bu gün qonşu ölkədə 1 dollar 146,5 min riala qədər bahalaşıb. Dünən İran rialının dollara nisbətdə dəyəri 138 min rial idi.
Qeyd edək ki, İran rialının devalvasiyası ilin əvvəlində başlayıb. Bu proses ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasından sonra daha da sürətlənib.
Təkcə 3 ay ərzində İran valyutası dollara nisbətdə 65 min rialdan 146 min riala qədər ucuzlaşıb.